Nida Təhlil
Nazarbayev Putinə zəng etdi və Sarkisyanı... – Bakının istəyi təmin olundu
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan
prezidenti Nursultan Nazarbayev telefon söhbətində dekabrda
Rusiyada keçiriləcək Avrasiya İqtisadi İttifaqı və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası haqda
müzakirələr aparıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki,
dekabrda keçiriləcək toplantıda KTMT-yə baş katib də seçiləcək.
Diplomatik mənbələrin məlumatına görə, quruma yeni baş katib
Ermənistan nümayəndəsi olmalı idi. Lakin bu məsələ təxirə
salınıb.
Bu ilin oktyabr ayında İrəvanda Putinin də iştirakı ilə keçirilən
toplantıda KTMT-yə erməni baş katibin seçilməsi nəzərdə tutulurdu.
Amma Nursultan Nazarbayevin toplantıya qatılmaması bu məsələni
təxirə saldı. Qeyri-rəsmi məlumatlara görə, Nazarbayevin İrəvana
gəlməməsinin səbəbi də məhz KTMT-də Ermənistan nümayəndəsinin baş
katib olmasını istəməməsidir.
Məlumatlara görə, Ermənistan öz namizədinin baş katib seçilməsində
təkid edəcək. Lakin artıq bu məsələ Moskva, Minsk və Astana
arasında razılaşdırılıb.
Ermənistan mediası isə bunu Serj Sarkisyanın zəifliyi ilə
əlaqələndirib.
“Putin və Nazarbayev Sarkisyana yeni sürpriz hazırlayır”, - deyə
erməni mediası yazır.
Qeyd edək ki, KTMT-yə erməni baş katibin olması Azərbaycanın
maraqlarına uyğun deyil. Çünki Ermənistan bundan öz işğalçılıq
siyasəti üçün istifadə etmək niyyətindədir. Qeyri-rəsmi məlumatlara
görə, Sarkisyanın arzusunun baş tutmamasında Azərbaycan prezidenti
İlham Əliyevin diplomatik manevrləri əsas rol oynayıb. Nazaryabev
məhz bu məsələdə rəsmi Bakını dəstəkləyib.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO