Putinə verilən QARABAĞ SÖZÜ, Rusiyaya uzanan DƏHLİZ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Putinə verilən QARABAĞ SÖZÜ, Rusiyaya uzanan DƏHLİZ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Nəşr ən azı 2 rayonun qaytarılacağına dair söz verildiyini yazıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa səfəri davam edir. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edib. Türkiyə və Avropanın bir sıra ölkələr arasında gərginlik qalmaqdadır. Bu gün Astanada Suriya böhranının nizama salınması üzrə danışıqların üçüncü raundu başlanıb. Türkiyənin xarici işlər naziri Avropa İttifaqını miqrant razılaşmasını pozmaqla hədələyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Dövlət başçısı Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlığını dilə gətirib.

“Təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir”, - Prezident İlham Əliyev deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2016-cı ilin 20 iyun tarixində Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı razılaşdığı ortaya çıxıb. Ermənistanın “lragir” saytı Sarkisyanın Putinin iştirakı ilə keçirilən görüşdə ən azı 2 rayonun qaytarılacağına dair söz verdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edib. Sarkisyan səfəri öncəsi Rusiyanın “İzvestia” qəzetində məqalə dərc edib. Ermənistan prezidenti məqaləsində Dağlıq Qarabağda müharibənin olmasını istəmədiklərini deyib.

“Biz sülh istəyirik”, - deyə o qeyd edib. Həmçinin, bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Moskvada Gümrüdə birgə müdafiə sənayesi kompleksinin yaradılmasını haqqında fikir mübadiləsi aparacaqlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenkonun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir. Maksim Şevçenko bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfransda qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu vasitəçilik imitasiyası edib.

M.Şevçenko bidirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin məğlubiyyəti, onun üzvləri, xüsusilə də ABŞ və başqaları vəziyyətin həllində maraqlı deyillər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada post-sovet ölkələri üçün ciddi təhlükə yaradacaq “Həmyerlilər” proqramı işə salınır. Rusiya keçmiş SSRİ-də doğulanlar üçün rus pasportları paylamaq niyyətindədir.

“Komsomolskaya Pravda” yazır ki, keçmiş SSRİ-də doğulanlardan arzu edən hər kəs Rusiya vətəndaşlığını ala biləcək. Dövlət Dumasının millətlərlə iş üzrə komitəsi post-sovet məkanında rus dili daşıyıcılarının Rusiya vətəndaşlığı almasını sadələşdirən qanun layihəsini bəyənib. “Rusiya Federasiyası vətəndaşlığı haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi gözlənilir.

Məlumata görə, bu qanun layihəsi Putinin tapşırığına uyğun hazırlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə və Avropanın bir sıra ölkələr arasında gərginlik qalmaqdadır. Niderlandın Rotterdam şəhərinin müsəlman bələdiyyə başçısı Əhməd Abutalib NOS TV-nin efirində söylədiklərinə görə, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin dayandırılması və ölkədən çıxarılması zamanı Niderland xüsusi təyinatlılarına atəş icazəsi verilmişdi.

Bələdiyyə başçısı türk nazirin yanında “geniş çiyinli” 12 nəfərin olduğunu və onların silahlı olub-olmadığını bilmədiklərini qeyd edib.

“Bu vəziyyət qorxuducu idi. Nazirin yanında olan şəxslərin atəş aça biləcəyini düşünürdük. Bunun üçün hadisə yerinə xüsusi təyinatlılar göndərilmişdi. Nazirin mühafizəçiləri atəş aça bilərdi. Mühafizəçilərin polisin “təslim ol!” xəbərdarlığına tabe olmayacağı və əllərini kəmərlərinə doğru aparacaqları halda, xüsusi təyinatlılara atəş əmri verilmişdi”, - o vurğulayıb.

Xatırladaq ki, martın 11-i gecə saatlarında holland polisi türkiyəli naziri Rotterdam Baş konsuluq binasının 30 metrliyində saxlayıb və onu konsulluğa buraxmayıb. Polis nazirin də içində olduğu və diplomatik toxunulmazlığın olduğu avtomobil sürücüsü saxlanılıb. Fatma Betül Sayan Kaya isə Almaniyaya qaytarılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tibb işçiləri bayramı münasibəti ilə Beştəpədə Millət Qurultayı və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirib ki, Niderlandı Srebrenitsa soyqırımında oynadıqları rola görə yaxşı tanıyırlar.

“Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır” - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avstriya hökuməti türk siyasətçilərin seçki kampaniyalarının keçirilməsini qadağan edib. Bu barədə Avstriya Baş naziri Kristian Kern açıqlama yayıb.

O, “Türk nazirlər referendum üçün Avstriyada seçki kampaniyası keçirmək istəsə, buna mane olmağa çalışacağam. Cəmiyyətin təhlükəsizliyinə görə belə cəhdin qarşısını almalıyam”, - deyib.

Qeyd edək ki, daha əvvəl Almaniya və Hollandiya sözügedən qadağanı tətbiq edib və nəticədə Türkiyə ilə bu ölkələr arasında diplomatik gərginlik yaşanır.

Almanyanın Saarland vilayəti bütün xarici siyasətçilərin vilayət sərhədləri içində mitinq keçirməsini qadağan edib. Bildirilib ki, türk siyasətçilərin referendum kampaniyası ölkədəki türk və alman toplumları arasında anlaşmanı təhlükəyə atır.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu Avropa İttifaqını miqrant razılaşmasını pozmaqla hədələyib. “Bu mövzuda vətəndaşlarımızın da gözləntiləri var. Əgər viza sərbəstliyi tətbiq edilməsə, miqrant razılaşması ilə əlaqədar addımları atacağıq. Çünki razılaşmanın şərtləri bu idi: miqrantların geri qəbulunun qarşılığında viza sərbəstliyi. Biz bu günə qədər miqrant razılaşması üzrə öhdəlikləri yerinə yetirdik”, - o deyib.

Avropa Ədalət Məhkəməsi hicabın qadağan edilməsi ilə bağlı hökm çıxarıb. Məhkəmə işəgötürənlərin işçilərinə qoya biləcəkləri qadağaları təsdiqləyib. Bu qadağalar içində “dini simvol” da yer alır.

Böyük Britaniya Baş naziri Tereza Mey Şotlandiyada müstəqilliklə bağlı ikinci referendumun keçirilmə tarixini təsdiqləməkdən imtina edib. Mey bu barədə qərarını jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, Şotlandiya bir müddət öncə müstəqilliklə bağlı ikinci referendum keçirəcəyini açıqlayıb. Şotlandiyanın Birinci naziri Nikola Stercen bu addımı şotlandları “Brexit”dən qorumaq üçün atdığını bəyan edib. Şotlandiyada müstəqilliklə bağlı ilk referendum 2014-cü ildə keçirilib. O zaman əhalinin 55 faizi Britaniyadan ayrılmağın əleyhinə səs vermişdi.

Bu gün Astanada Suriya böhranının nizama salınması üzrə danışıqların üçüncü raundu başlanıb. İki günlük danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edir. ABŞ-ı Qazaxıstandakı səfir Corc Krol təmsil edir. Gazeta.ru-ya danışan danışıqlara yaxın mənbə tərəflərin Suriyada atəşkəs rejiminin təminatı üzrə mexanizmlərini və ölkənin yeni konstitusiyasının layihəsini müzakirə edəcəklərini deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Liviyanın şərqində fəaliyyət göstərən hökumət Rusiyadan hərbi qulluqçuların təliminə və hərbi texnikanın təmirinə kömək etməyi xahiş edib. Bu haqda Liviya Nümayəndələr Palatasının (parlament) spikeri Akilya Saleh İsa “RİA-Novosti” agentliyinə bildirib.

“Rusiya hökumətindən hərbi qulluqçularımızın təlimində və hərbi texnikanın təmirində bizə kömək etməyi xahiş etdik. Çünki bizim zabitlərimizin əksəriyyəti Rusiyada hərbi biliklərə yiyələniblər və çoxları rus dilini, həmçinin Rusiya hərbi texnikasından istifadə etməyi bilirlər. Rusiya terrorizmlə mübarizədə bizə kömək etməyə söz verib”, - parlament sədri deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donbasın Ukrayna tərkibində geniş səlahiyyətlərlə muxtariyyət hüququ referenduma çıxarılmalıdır. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Düşünürəm ki, sülhün təmin olunması üçün ölkənin bütün regionlarında referendumun keçirilməsi ideyasını dəstəkləyəcəklər. Vəziyyətin nizama salınması üçün Donbas sakinlərinə öz ənənələri ilə yaşamağa, istənilən dildə danışmağa və istənilən musiqiyə qulaq asmağa icazə vermək lazımdır", - Yanukoviç bildirib.

Sabiq prezident qeyd edib ki, ölkədə vəziyyətin nizama salınması haqqında təkliflərin yer aldığı məktubu dünya liderlərinə çatıb: “Mən artıq cavablar aldım ki, bütün məktublar lazımı ünvanlara çatdırılıb. Yaxşı anlayıram ki, siyasətçilərə faktların analizi üçün bir müddət vaxt lazımdır”.

Yanukoviç ümid etdiyini vurğulayıb ki, onun məktubları eşidiləcək və Ukraynanı münaqişənin həllinə yaxınlaşdıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm