Sarkisyanı öldürmək planı: düşmən ölkədə çaxnaşma – İrəvan Qarabağda müharibəyə hazırlaşır
Bizi izləyin

Nida Təhlil

Sarkisyanı öldürmək planı: düşmən ölkədə çaxnaşma – İrəvan Qarabağda müharibəyə hazırlaşır

Ermənistanda parlament seçkiləri öncəsi siyasi şou davam edir.

Ermənistanda parlament seçkiləri öncəsi siyasi şou davam edir.

Publika.az
xəbər verir ki, düşmən ölkənin prezidenti və digər yüksək səviyyəli rəsmilərinin olduğu helikopterin partladılması planının olduğu haqda informasiyalar gündəmə gəlib.

Ermənistan təhlükəsizlik orqanlarının məlumatına görə, Gürcüstandan qeyri-qanuni yolla gətirilən “İqla” daşınabilən zenit-raket kompleksi tutulub.

Məlumata görə, bu kompleksi qondarma DQR-in keçmiş “müdafiə naziri”, hazırda “ORO”-da (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın yaratdığı seçki bloku-red) təmsil olunan Samvel Babayandır. Hətta “İqla”nı Ermənistana daxil etmək istəyərkən tutulan şəxslər də sifarişçinin Babayan olduğunu deyiblər.

Babayan həbs olunub, lakin onun vəkili ittihamları qəbul etmədiklərini deyir.

Qeyd edək ki, martın 12-də “ORO” blokunun Armavir rayonunun Crarat kəndində keçirdiyi təbliğat kampaniyasına müdaxilə olmuşdu. Martın 14-də isə kənddəki blokun tərəfdarlarına silahlı hücum baş verdi. Bundan sonra Samvel Babayan hakimiyyəti təhdid edərək, “biz əlimizə silah alsaq, bu, yaxşı olmayacaq” açıqlamasını verdi.

Bu proseslərin ardınca, martın 17-də “Jamanak” qəzeti Samvel Babayanın Sarkisyan hakimiyyətinə qarşı qiyam hazırladığını yazdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Əgər “Ohanyan-Raffi-Oskanyan” bloku seçkidə parlamentdə təmsil olunmasa, silahlı üsyan başlayacaq. Bu üsyanı Samvel Babayan təşkil etməyə hazırlaşır”, - deyə qəzet qeyd edirdi.

Bu informasiyaların fonunda Samvel Babayanın “İqla” idxal edərək, Sarkisyanı öldürmək planının olması məntiqə uyğundur. Lakin burada Sarkisyan hakimiyyətinin şou düzəltdiyi variantı daha inandırıcı görünür.

Bu proseslərlə bağlı bir neçə versiya ilə çıxış etmək olar:

İlk versiya “ORO” blokuna zərbə vurmaqdır. Hansı ki, hazırki hakimiyyətdə təmsil olunmuş Seyran Ohanyanın bu blokda olması Sarkisyan üçün kifayət qədər təhlükə yaradır. Çünki Ohanyan indiki hakimiyyətin sirlərinə agahdır. Ovanesyan müxalifətdə ciddi gücə sahib olan “İrs” partiyasının sədridir. Vardan Oskanyan isə keçmiş xarici işlər naziri olaraq, nüfuza malikdir. Həmçinin, Oskanyan Qərb tərəfindən müəyyən qədər dəstək alır. Samvel Babayanı sıradan çıxarmaqla, “ORO” blokuna zərbə vurmaq gedişi burada aydın görünür. Bir neçə həftə öncə “aprel müharibəsi”ndə məğlubiyyətin səbəbini Seyran Ohanyanın üzərinə yıxmaq cəhdi də bu blokun hakimiyyətin hədəfində olduğunu, həmçinin, hakimiyyətə ciddi təhlükə yaratdığını təsdiqləyir.

İkinci versiya Samvel Babayanın özünün neytrallaşdırılmasıdır. Çünki vaxtilə Qarabağ müharibəsində əllərini azərbaycanlıların qanına kifayət qədər batırmış, qəddarlığı ilə ad çıxarmış bu şəxsin silahlı qiyam hazırlaya biləcək potensialı var. Bu baxımdan, Sarkisyan hakimiyyəti Babayanı neytrallaşdıraraq, “sabitliyi bərpa etmək” gedişi edir.

Üçüncü versiya Serj Sarkisyanın martın 14-də Moskvaya səfəri ilə bağlıdır. Hesab etmək olar ki, Moskva özünün adamı olan Karen Karapetyanın da təmsil olunduğu Sarkisyan hakimiyyətinə açıq dəstəyini ifadə edib və əsas alternativ olan “ORO” blokunu sıradan çıxarmaq planına imza atıb.

Baş verənlər Ermənistanda seçki öncəsi vəziyyətin daha da gərginləşəcəyinə işarə edir. Gərgin seçki atmosferi isə aprelin 2-si-seçki gününə qədər Ermənistanın diqqəti yayındırmaq üçün cəbhədə təxribat hücumlarını artıracağı ehtimalını da gücləndirir.

Burada digər məqam isə Samvel Babayanın tərəfdarlarının ata biləcəkləri addımdır. İstisna deyil ki, ötən ilin iyulunda həbs olunan keçmiş döyüşçü Jirayr Sefilyanın tərəfdarlarının polis alayının binasının tutaraq qiyam qaldırdığı kimi, Babayanın da tərəfdarları eyni ssenariyə əl ata bilər. Əgər belə olarsa, İrəvan rejimi “xilası” yenə də cəbhədə gərginliyin yüksək səviyyəyə çıxarılmasında görəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm