Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNU
Bizi izləyin

Nida Təhlil

Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNU

Dünən Moskva restoranlarından birində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyi keçirildi.

Publika.az xəbər verir ki, Abramyanın ad gününə Ermənistan prezidenti Serj Sarkisyan da gedib.


Sarkisyanla yanaşı, mərasimdə Kremlin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinoviski də iştirak edib.

Serj Sarkisyanın ad günü mərasimində iştirakı maraqlıdır. Belə ki, A.Abramyanı 2016-ci ildə məhz Sarkisyanın özü ölkədən “yola salmışdı”. 2015-ci ildə Abramyan yeni partiya təsis edərək, parlament seçkilərində iştirak etmək niyyətini açıqladı. Lakin qeyd etdi ki, son qərarını 2016-cı ilin mart ayında verəcək. “Aprel müharibə”si isə hər şeyi qarışdırdı. Çünki Rusiya-Ermənistan münasibətləri pozuldu, bu isə “Putin həmişə haqlıdır” şüarı ilə daxil olmaq istədiyi erməni siyasətinin qapılarını Abramyanın üzünə bağladı.

“Lragir” saytı yazır ki, müharibədə məğlubiyyətdən sonra Abramyanın şüarını irəli sürmək ciddi əks-effektə səbəb ola bilərdi. Bununla da ittifaq sədrinin erməni siyasətinə ezam olunması prosesi təxirə düşdü.

Sayt əlavə edir ki, Rusiya Ara Abramyanla erməni siyasətinə daxil olmaq və Sarkisyanı yola salmaq niyyətində idi.

“Abramyanın "aprel müharibəsi"ndən sonra siyasətə rusların şüarı ilə daxil olması 2013-cü ilin 3 sentyabr tarixində “milli razılıq” gecəsindən sonra ikinci böyük hadisə olardı. Hansı ki, o gecə hakimiyyətin götürülməsi ilə bağlı razılıq əldə olunmuşdu. Məlumatlar var ki, həmin gecədən iki gün əvvəl Serj Sarkisyan Ara Abramyanın Xorvatiyadakı bağ evində bir rus məmuru ilə görüşüb. Rusiya Sarkisyanı aldadaraq onu devirmək istəyirmiş. Burada belə sual ortaya çıxır ki, Sarkisyanın getməsi rus əsgərlərinin Qarabağa yerləşdirilməsi ilə nəticələnəcəkdimi?! Yaxud Rusiyanın Qarabağ planı bu proseslərin hansı hissəsində idi? “Aprel müharibəsi”ndən sonra Rusiyanın Sarkisyanı göndərmək istəyi ortaya çıxdı. Bu, həm də rus əsgərlərinin Qarabağa gəlişi üçün imkanlar yararatmaq planından irəli gəlir. Görünür, rusların Qarabağa əsgər yerləşdirmək planı hələ 2013-cü ildən işə salınıb. Bunlar fərziyə olsa da, Ara Abramyan 2015-ci ildə siyasi səhnəyə atılmaqla bağlı qərarını 2016-cı ilin mart ayında açıqlayacağı haqda dedikləri də diqqətdən yayınmırdı. Niyə mart? Mart ayında nə baş verəcəkdi? Bütün bunlar müəmmalı məsələlərdir. Lakin Abramyanın Moskvadakı ad günündə Peskov, Lavrov və Jirinoviskinin iştirakı Kremlin Sarkisyana qarşı planının hələ də gündəmdə olduğu ehtimalını yaradır. Peskov ad günü mərasimində Abramyana yenidən rus dilini öyrənməyi tövsiyə etdi. Görünür, rus dilini yaxşı bilmək, onun Kremllə də daha yaxşı işləməsinə şərait yarada bilər. Göründüyü kimi, Moskva Abramyanı yenidən Sarkisyanın qarşısına çıxarmağa çalışır, lakin bu dəfə yeni şüarla”, - deyə sayt yazıb.

Serj Sarkisyanın isə Moskvadakı ad gününə məhz ona qarşı planları öyrənmək üçün getdiyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm