Sülh üçün 10 ŞƏRT, İŞİD Azərbaycanın QONŞULUĞUNDA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sülh üçün 10 ŞƏRT, İŞİD Azərbaycanın QONŞULUĞUNDA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Erməni eksperti Dağlıq Qarabağda müharibə barədə xəbərdarlıq edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunu tənqid edib. Bu günün gündəmində olan bir nömrəli hadisə heç şübhəsiz ki, İran parlamenti və İran inqilabının lideri Xomeyninin türbəsinə edilən hücumlar oldu. Qətər ətrafında yaranan gərginlik davam edir. Suriya hökuməti ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini cavab zərbələri ilə hədələyib.

“Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin hər an başlaya biləcəyini açıqladı. Müharibə tərəflər arasında onsuz da iki onillikdir gedir, lakin söhbət genişmiqyaslı müharibədən gedirsə, bunun olması da istisna deyil. Ermənistan bu müharibəyə nə qədər hazırdır? Hakimiyyət aprel müharibəsindən sonra hər şeyə hazır olduğunu deyir. Bu, ilk növbədə o deməkdir ki, Ermənistan aprelə qədər heç nəyə hazır deyildi. Digər tərəfdən, Ermənistanın apreldən sonra, yəni bu gün də heç nəyə hazır olmadığı ortadadır”.

Bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan deyib.

Erməni siyasi şərhçi qeyd edib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır.

“Belə görünür ki, rəqib (Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə bilər”, - deyə o vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.

Türkiyə prezidenti deyib: “ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridirlər. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır".

İran KİV-inin yazdığına görə, silahlı şəxslər bu gün səhər saatlarında ölkə parlamentinin binasına hücum ediblər. Dörd silahlı parlamentə hücum edərək insanları girov götürüb. Günorta saatlarında silahlıların hamısı öldürülərək girovlar azad edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Daha 4 silahlı isə Xomeyninin paytaxt Tehrandakı türbəsinə hücum edib. Türbəyə hücum edən silahlılardan biri – qadın kamikadze özünü partladıb. Son məlumatlara görə, terror hücumları nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 39 nəfərə catıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İran Suriya münaqişəsinə qoşulan əsas dövlətlərdən biridir. Öz növbəsində, İŞİD Suriya və İraqda ağır məğlubiyyətlərlə üzləşib. İŞİD buna görə də bütün rəqiblərindən qisas almağa çalışır”. Bunu İranın paytaxtı Tehranda təşkil edilən hücumları şərh edən İran üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Vladimir Sotnikov deyib.

“İŞİD hücrələri İranda çoxdan yaradılıb. İndi isə terror təşkilatının başçıları onları öz düşməni hesab etdiyi ölkələrdə terror aktlarına qoşurlar. Buna görə də İranda gələcəkdə yeni terror aktlarının mümkünlüyünü istisna etmirəm. Bu hücumlar hətta daha genişmiqyaslı ola bilər”, - ekspert proqnozlaşdırıb.

Politoloq qeyd edib ki, İranda başqa radikal qruplaşmalar da var.

İranda parlament binası və Xomeyninin türbəsinə hücumların Qətər və bəzi Körfəz ölkələri arasındakı böhranın yaranmasından sonra reallaşması diqqətlərdən qaçmadı. Tehranda təşkil edilən hücumları şərh edən türkiyəli professor Əhməd Uysal hücumların arxasında Səudiyyə Ərəbistanının olduğuna işarə edib.

“Səudiyyə Ərəbistanı açıq şəkildə söyləyir. Çox yüksək vəzifəli bir səlahiyyətli döyüşü İrana keçirəcəklərini deyib. Səudiyyə Ərəbistanı bu məsələdə təcrübəlidir. Bu terror hücumundan sonra İranın necə davranacağı çox əhəmiyyətlidir. Mən qarşıdurmanın davam edəcəyini düşünürəm. İki variant var. Biri Səudiyyə Ərəbistanına, digəri isə ABŞ-a mesaj vermək”, - o bildirib.

Amerikanın hava hücumundan müdafiə sistemləri ölkə ərazisini tam şəkildə müdafiə etmir. Bunu amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

Suriya hökuməti ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini cavab zərbələri ilə hədələyib. Dəməşq bu tədbirlərin "Hizbullah" və İranla birlikdə həyata keçiriləcəyini bildirib.

Məlumatda bildirilib ki, ABŞ Suriya hökumətinə məxsus mövqelərin bombalamasından çəkinməlidir:

"Suriyalı oğulların, Suriya ərəb ordusunun və onun müttəfiqlərinin qanı ucuz deyil və ABŞ-a qarşı cavab zərbələri endirməyə qadirdir".

Qeyd edək ki, ABŞ qırıcıları dünən Suriya ordusuna məxsus əf-Tanfe bazasını bombalayıb.

Rusiya Suriyada yeni kimyəvi hücumların səhnələşdiriləcəyini və günahın Dəməşqin üzərinə atılacağını bilir. Bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin söyləyib.

“Prezident Putin dəfələrlə bildirib ki, Bəşər Əsədin İdlibdəki kimyəvi hücuma aidiyyəti yoxdur. İdlib hadisələri sadəcə provokasiyadır”, – deyə o bildirib.

Almaniya hökuməti 260 alman əsgəri və “Tornado” kəşfiyyat təyyarələrinin İncirlik bazasından geri çəkilməsini nəzərdə tutan planı təsdiqləyib. Alman gücləri İordaniyada yerləşdiriləcək.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin mayın 5-də Ankaraya səfərində İncirlik bazası ilə razılıq əldə olunmayıb. Alman diplomat artıq Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum olub ki, Ankara alman deputatların İncirlik təyyarə bazasına baş çəkməsinə hələ razı deyil.

Almaniya xarici işlər naziri görüşdən sonra İncirlikdən çıxacaqlarını açıqlamışdı.

Almaniyadan İncirlik aviabazasından çıxması qərarından sonra ilk açıqlama verilib. Almaniya kansleri Angela Merkel Ankara ilə danışıqların davam etməsinin zəruriliyini vurğulayıb.

“Qətər ərəb ölkələri ilə əlaqələrini bərpa etmək üçün “Həmas” və “Müsəlman qardaşları” təşkilatlarına verilən dəstəyi dayandırmalı, həmçinin bir sıra başqa addımlar atmalıdır”. Bunu Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cübeyr Parisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Qətər hansı istiqamətə hərəkət edəcəyinə dair özü qərar verəcək.

Daha əvvəl verilən xəbərə görə, Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş, iqtisadi sanksiyalar da daxil olmaqla, Qətərə qarşı daha sərt cəza tədbirlərinin həyata keçirilə biləcəyini söyləyib. Qarqaş açıqlamasında bölgədə meydana gələn ən böyük diplomatik böhranın həll edilməsi üçün Qətərin yeritdiyi siyasətdə ciddi dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm