Nida Təhlil
Azərbaycan bu gün Qarabağla bağlı son şərti irəli sürür – Brüssel GÖRÜŞÜ
Bu gün Azərbaycan və Ermənistan xarici işlər naziri ATƏT
Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən qeyri-formal
iclası çərçivəsində görüşəcək. Ya ərazilərin qaytarılması, ya da
müharibə. Görüşdə həm də bu iki seçim arasında qərar veriləcəyi
ehtimalı yüksəkdir.
İyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə
hücumu və mülki azərbaycanlıları qətlə yetirməsi Qarabağ münaqişəsi
ətrafında situasiyanı dəyişdirdi. Nazirlərin iyulun 11-də
görüşəcəyi 4 iyul hücumundan öncə bəlli idi və bu görüş sülh
danışıqlarının substantiv məcraya yönəldilməsinə, yəni real
müzakirələrə hesablanmışdı. Lakin Ermənistan məhz substantiv
danışıqları pozmaq və görüşdə münaqişə ətrafında yeni danışıqlar
şərti irəli sürmək məqsədilə müki əhaliyə hücuma keçdi.
Hiyləgər plan: İrəvan mülki azərbaycanlıları
hədəf almaqla düşünürdü ki, Azərbaycan da cavab atəşi olaraq mülki
erməniləri vuracaq. Deməli, zərbə Dağlıq Qarabağ zonasına yox,
Ermənistan-Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna edilməli
idi. Çünki işğal altındakı rayonlarda mülki ermənilər yaşamır və
Azərbaycanın hədəfi mülki ermənilər olsaydı, yalnız Tavuş rayonunu
vura bilərdi. Bu plan baş tutsaydı: münaqişənin həllinə hesablanmış
substantiv danışıqlar pozulur; status-kvonu möhkəmləndirməyə
hesablanan “atəşkəsə nəzarət mexanizmləri” aktuallaşır; bununla
yanaşı, sərhəd bölgəsində yerləşən Tavuşa hər-hansı hücum Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), dolayısı ilə
Rusiyanın müdaxiləsinə zəmin yaradır.
İrəvan bu planla bugünkü görüşdə yeni şərtlər irəli sürmək,
“atəşkəsə nəzarət mexanizmi”ni gündəmə gətirmək və Rusiyanı
Azərbaycana qarşı çıxması üçün fakt qarşısında qoymaq
istəyirdi.
Lakin Azərbaycanın heç vaxt olmadığı kimi, bu dəfə də mülki əhalini
hədəfə almaması, işğal olunmuş ərazilərdə yerləşdirilən erməni
hərbi birləşmələrini məhv etməsi İrəvanın planlarını pozdu. Bu
baxımdan, nazirlərin görüşündə Bakının əli faktiki olaraq
güclüdür.
Proseslərin analizi görüşdə irəli sürülə biləcək təkliflər və
şərtlər haqda müəyyən ehtimallar irəli sürməyə imkan verir:
Həmsədrlərin təklifi:
1. Cəbhədə gərginliyin azaldılması
2. Tərəflərin substantiv danışıqlara başlaması
3. Prezidentlərin növbəti görüşünün hazırlanması, yaxud, ən azından
nazirlər səviyyəsində təmasların davam etdirilməsi.
İrəvan danışıqları pozmağa cəhd edəcək:
1. Cəbhədə baş verənlərə görə Azərbaycanı ittiham edəcək.
Ermənistan mediasının Alxanlıda qətlə yetirilən azərbaycanlılara
görə Bakıya qarşı absurd ittihamlar səsləndirməsi də bunu deməyə
əsas verir və əslində, Ermənistanın bu mövqeyi birinci dəfə
olmadığı üçün təəccüblü də deyil.
2. “Atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ideyasını yenidən
gündəmə gətirəcək.
3. Substantiv danışıqlardan qaçmaq üçün mülki azərbaycanlıların
qətlinə cavab olaraq Azərbaycan Ordusunun erməni hərbi
birləşmələrini məhv etməsini əsas gətirərək, “Bakı ilə danışıqlar
aparmaq mümkün deyil” kimi klassik tezisi irəli sürəcək.
Bakının iki şərti:
1. İndiyə qədər masada olan razılaşmalar ətrafında substantiv
danışıqların davam etdirilməsini tələb edəcək. Yəni, sülh
qarşılığında ərazilərin azad edilməsi. Bu tələb Ermənistan üçün son
şans ola bilər.
3. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, müharibə variantı
avtomatik olaraq gündəmə gələcək.
Hesab etmək olar ki, Bakı 4 iyul görüşünün yaratdığı mənzərə
fonunda Brüssel görüşündə daha kəskin və konkret mövqe
sərgiləyəcək. Ermənistanın isə öz qeyri-konstruktiv mövqeyindən əl
çəkəcəyi çətin görünür. Mümkündür ki, İrəvan vaxt qazanmaq və
Azərbaycan Ordusunun zərbəsindən yayınmaq üçün substantiv
danışıqlara razı olduğu görüntüsü yaratsın. Lakin Azərbaycanın bu
klassik hiyələlərə razılaşmayacağı dəqiqdir. Dünən Bakıya gətirilən
yeni silah partiyasının cəbhəyə göndərilməsi, müdafiə naziri Zakir
Həsənovun ordunun hazırlıq vəziyyətini qəfil yoxlaması Ermənistana
bu gün son şansın veriləcəyi ehtimalını artırır. Əks təqdirdə, söz
Azərbaycan Ordusunun olacaq.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu