Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?
Bizi izləyin

Nida Təhlil

Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

“Putinlə Sarkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində keçdi”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb: “Lakin Putinlə Sarkisyan daha çox Ermənistanın daxili məsələsinə kökləndi”.

Erməni politoloq iddia edir ki, Sarkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa yox?” deyə soruşub.

“Ermənistan daxilində dəyişikliklər gözlənilir. Rusiya prezidenti ola bilsin ki, bu dəyişikliyin Sarkisyanın başçılığı ilə baş verəcəyini düşünür. Lakin Sarkisyan Putindən soruşdu: “Bu ölkənin sahibi mənəm, yoxsa yox?”. Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq, soruşdu: “sahib mənəm, yoxsa yox?!”, - deyə erməni politoloq qeyd edib.

M.Sarkisyan hesab edir ki, Rusiyanı Ermənistanda onların problemlərini kimin həll edəcəyi maraqlandırır: “Əgər Sarkisyan yaxşı vəziyyətdə olsaydı, Karen Karapetyanı bura göndərməzdilər. Bu, oliqarxiya sistemidir və bu sistemdə yeganə güc puldur. Aydınlaşdı ki, pul artıq yoxdur, onu tamamilə qarət etdilər, təbii ki, Sarkisyan Rusiya kapitalına doğru əyilməli və ona ümid bəsləməli idi. Təbii ki, kimdə pul var, sahib də odur. Oliqraxiyanın zəifliyi də pulun yoxluğudur. Bu gün Rusiyada “Ermənistan investorlar klubu” Ermənistana doğru hərəkət edir. Bu, Rusiyanın gedişidir və aydındır ki, siyasi məsələlər bu prosesdə həll olunur. Bu, dövlət və xalqdan yuxarıda baş verən prosesdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm