İrəvanda pessimist QARABAĞ BƏYANATI, aktiv əməliyyatların SONU... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanda pessimist QARABAĞ BƏYANATI, aktiv əməliyyatların SONU... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Bakı tərəfindən sərt etirazla qarşılanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvanda səfərdə olub. Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Rusiya Soçi şəhərində görüşən Rusiya, Türkiyə və İran ordularının Baş qərargah başçıları Suriya ilə bağlı mühüm razılaşma əldə edib. Minsk və Kiyev arasında diplomatik qalmaqal böyüyür. Luqanskda “dövlət” çevrilişinə cəhd olub.

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Bakı tərəfindən sərt etirazla qarşılanıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdən sonra mətbuat konfransı keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, bu mərhələdə xüsusi optimizm göstərmək lazım deyil, çünki Dağlıq Qarabağ mürəkkəb problemdir və həlli vaxt tələb edir.

“Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, tezliklə başa çatmayacaq”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nalbəndyan isə Azərbaycanı Qarabağın həlli yollarına maneə yaratmaqda itiham edib:

“Ermənistan bundan sonra da Rusiya və həmsədrlərlə birgə konfliktin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini davam etdirmək niyyətindədir. Azərbaycanın tam konstruktiv olmayan mövqeyinə rəğmən danışıqları davam etdirmək lazımdır, danışıqlara alternativ yoxdur”.

İrəvanda Sergey Lavrov İrəvan səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Türkiyə NATO ilə münasibətləri kəsmək niyyətində deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın söyləyib. Onun sözlərinə görə, Norveçdəki son insident Ankaranın NATO siyasətini dəyişməyəcək.

O, Türkiyənin bu məsələni tam, ətraflı öyrənilməsini tələb etdiyini bildirib.

Qeyd edək ki, Norveçdə keçirilən NATO təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Türkiyə təlimdə iştirak edən əsgərlərini dərhal geri çağırıb və NATO-dan izahat tələb edib.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib. Norveç və NATO Türkiyədən üzr istəyib.

Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə Rusiya prezidenti Bəşər Əsədi Suriya ordusunun terrorçularla mübarizədə qazandığı uğurlara görə təbrik edib.

Bəşər Əsəd isə öz növbəsində Vladimir Putinə təşəkkür edərək, suriyalıların öz yurdlarına qayıtmalarında Rusiyanın böyük rolu olduğunu qeyd edib. Suriya prezidentinin sözlərinə görə, Rusiyanın keçirdiyi əməliyyatlar nəticəsində dünya ölkələrinin Suriya üzərində oynadığı siyasi oyunların qarşısını alıb.

Son olaraq Putin qeyd edib ki, Suriya xalqı terrorla mübarizədə mütləq qalib gələcək.

Rusiya və Suriya prezidentləri - Vladimir Putin və Bəşər Əsəd razılaşdılar ki, Suriyada hərbi əməliyyatlar başa çatmağa yaxındır və indi siyasi proseslərə keçmək lazımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Soçi şəhərində Rusiya, Türkiyə və İran ordularının Baş qərargah başçıları - Valeri Gerasimov, Hulusi Akar və Məhəmməd Bakiri arasında görüş keçirilib.

Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsinin (“Əl-Qaidə”nin Suriya qanadı - yeni adı “Fəth əl-Şam” - red.) fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılıq əldə olunub.

Gerasimov Suriyada hərbi əməliyyatların aktiv hissəsinin başa çatdığını deyib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli sammiti keçiriləcək.

PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin liderlərindən biri Murat Karayılan Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.

“Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi qiymətləndirəcəyik. Ümid edirəm ki, cənab Putin bu əməliyyatın iştirakçısı olmayacaq. Bu, Rusiya rəhbərliyindən gözləntimizdir”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD Əfqanıstanda mövqelərini möhkəmləndirir. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.

Onun sözlərinə görə, İŞİD-in Əfqanıstandakı döyüşçülərinin sayı 10 min nəfərə çatıb:

“İŞİD Əfqanıstanda öz sıralarını daha çox xarici döyüşçülər hesabına artırır. Bu döyüşçülərin çoxu Suriya və İraqda döyüş təcrübəsinə sahib olanlardır”.

Livan ordusuna İsrail təhdidi və hər hansı müdaxiləsinə qarşı hər an hazır vəziyyətdə olmaq əmri verilib. “Düşmən İsrailin təhdid və müdaxilələrinə cavab vermək üçün ölkənin cənub sərhədində tamamilə hazır olun!” - Livan ordusunun Baş Qərargah rəisi Jozef Aun əmr verib.

ABŞ Maliyyə Nazirliyi bir neçə şəxs və şirkətə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasını qeyri-qanuni maliyyələşdirdiyinə görə sanksiyalar tətbiq edib. Nazirlik bu şəxs və şirkətlərin SEPAH-a müxtəlif vacib məhsulların Avropa vasitəsilə tədarükünü təşkil etdiyini bildirib. Vaşinqton tədarükün saxta Yəmən valyutası ilə maliyyələşdirildiyini vurğulayıb.

Maliyyə Nazirliyi sanksiyalara “Tejarat Almas Mobin Holdinq”, “Pardaveş Tasvir Rayan”, Almaniyada yerləşən “Forent Texnik”, “Printinq Treyd Sentə” şirkətlərinin məruz qaldığını bildirib. Qara siyahıya həmçinin biznesmen Rza Heydəri və Mahmud Seyfi də düşüb.

Ukrayna Xarici İşlər Nazirliyi Belarus diplomatını arzuedilməz şəxs elan edib. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsanın sözlərinə görə, bu addım rəsmi Minskin Ukraynanın Belarusdakı səfirliyinin müşaviri İqor Skvrotsovu arzuedilməz şəxs elan etməsinə cavab olaraq atılıb.

“Ukraynanın Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipini rəhbər tutaraq bu qərarı qəbul edib”, - o deyib.

Betsa qeyd edib ki, belaruslu diplomat Ukraynanı artıq tərk edib.

Xatırladaq ki, İqor Skvrotsovu noyabrın 20-də Belarus tərəfindən arzuedilməz şəxs elan edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 21-də “Luqansk Xalq Respublikası”nda “dövlət” çevrilişinə cəhdin qarşısı alınıb. İddiaya görə, çevriliş cəhdinin arxasında “ukraynalı sahibləri”ndən asılı olan İqor Plotnitskinin yaxın ətrafı dayanırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm