Türkiyəyə HÜCUM PLANI, gələn həftə veriləcək QƏRAR... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Türkiyəyə HÜCUM PLANI, gələn həftə veriləcək QƏRAR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Belçikanın paytaxtı Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 5-ci sammiti keçirilib. Sammitdə birgə bəyannamə qəbul edilib. ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti olub. Türkiyə, Rusiya və İran prezidentlərinin Soçidə keçirdiyi Suriya üzrə üçtərəfli sammitin bəzi detalları açıqlanıb. Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib. Ukraynanın Donbas bölgəsində vəziyyət gərginləşib. Misirin Sinay yarımadasında məscidə silahlı hücum olub.

Bu gün Belçikanın paytaxtı Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 5-ci sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib. Sammitinin yekununda qəbul olunan bəyannamədə həll olunmamış münaqişlərə geniş yer ayrılıb.

Sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyini bildirilib. Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq həll edilməsi naminə səylərini artırmağa çağırılırlar. Bəyannamədə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır.

Sənəddə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri bildirilib.

Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər müzakirə edilib.

Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) artıq silah verilməməsi barədə təlimat verib.

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə son söhbətinin (Görüş noyabrın 21-də Soçidə olub –red.) bəzi detallarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla paylaşıb. Bu haqda Ərdoğan İran və Rusiya prezidentləri ilə Soçidə keçirdiyi üçtərəfli sammitdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, bəzi şeyləri paylaşdı. Amma təbii ki, paylaşmadığı şeylər də var. Məsələn, Əsədin PYD/YPG-yə mənfi yanaşmasından danışdı. Danışıqlar masasında PYD/YPG-nin iştirakını istəmədiyini söylədi. Bu, çox təəccüblü deyil. YPG kimi terror təşkilatını bir kənara qoyun, Suriya hökuməti keçmişdən bəri kürdlərin varlığını belə qəbul etmirdi. Onlara vətəndaşlıq, pasport vermirdi. Əsədə “bunlar sizin vətəndaşlarınızdır” dediyim vaxtlar olub”, - Türkiyə prezidenti bildirib.

Soçidə Rusiya və İran prezidentləri ilə keçirdiyi üçtərəfli danışıqlar haqqında mətbuata açıqlama verən Ərdoğanın sözlərinə görə, Suriya Milli Konqresinə daxil olacaq şəxsləri Türkiyə, İran və Rusiya seçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə məsləhətləşmədən YPG-ə hücum etməyəcəyinə dair Rusiya və İrana söz verib. Bu barədə “Tayms” informasiya yayıb.

“Cənab Ərdoğan türk ordusunun rəsmi Dəməşqlə məşləhətləşmədən Suriyada kürd qüvvələrinə hücum etməyəcəyinə söz verib. Soçidə baş tutan Türkiyə, İran, Rusiya üçtərəfli görüşü ilə Əsədin mövqeyini artırmaq və ölkəsinin sərhədlərinə nəzarət edə biləcəyini nümayiş etdirmək istəyirlər. Görünür, cənab Putin də Bəşər Əsəddən sülh danışıqlarında konstruktiv formada iştirak etmək sözü alıb. Bu isə Suriyanın şimalındakı müxalif qruplarla dialoqa girməyin qəbul edilməsi anlamına gəlir”, - yazıda qeyd olunub.

Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib. Cenevrədə Suriya hökuməti ilə müxalifəti razılaşmaq üçün masada oturacaq.

Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə toplantısına ortaq heyətlə qatılacaqlar. Zirvədə ən mühüm məsələ Əsədin hakimiyyətdən gedib-getməməsi olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada müharibənin aktiv mərhələsinin başa çatdığı elan olundu, İŞİD məğlub edildi. Bundan sonra nələr olacağı, xüsusilə ABŞ-ın yeni strategiyasının necə olacağı maraqlıdır. Türkiyəli siyasi yazar İbrahim Ərdoğan Yaxın Şərqdəki prosesləri və ABŞ-ın yeni strategiyasını şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD-dən sonra da Yaxın Şərqdə qalmağı planlaşdıran ABŞ-ın planları ortaya çıxır. ABŞ İŞİD-i bölgədən təmizlədikdən sonra Suriyada PKK/PYD-dən ibarət müstəqil dövlət qurmağı planlaşdırır.

Bununla Əsəd və İrana qarşı oynamağı düşünən Vaşinqton Türkiyənin bölgədəki maraqlarına da zərbə endirməyə çalışır.

Son məlumatlara görə, ABŞ Türkiyənin İdlibdən sonra müdaxilə etməyə hazırlaşdığı Afrinə külli miqdarda silah göndərir. PKK/PYD terrorçularına verilən bu silahlar türk əsgərinə qarşı istifadə olunacaq.

Bu silahlardan bəzilərinin görüntüləri yayılıb. Məlum olub ki, Pentaqonun Türkiyənin bölgəyə ilk girəcək “Bordobereli” döyüşçülərinə qarşı istifadə etmək üçün PKK/PYD-yə verdiyi minaatanlar sərhəd xəttinə yerləşdirilir. AT-4 tipli minaatanların bir hissəsi Afrin-Raco bölgəsində inşa edilən yeraltı silah bazalarında saxlanılır. Bu silahlar arasında 50-dən çox İQLA zenit-raketləri, 200-dən çox “Konkurs”, Javelin” və TOW tipli anti-tank raketləri də var.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İranın dini lideri Ayətullah Əli Xameneyini Adolf Hitlerə bənzədib. “New York Times” qəzetinə müsahibəsində M.Salman İranın dini liderin başçılığı altında yürütdüyü siyasətin qarşısının alınmasının lazım olduğunu bildirib: “Avropadan öyrəndiyimiz kimi, güzəşt etmək heç bir işə yaramır. İrandakı yeni Hitlerin Avropada olanları Yaxın Şərqdə təkrar etməsini istəmirik”.

Misirin Sinay yarımadasında məscidə silahlı hücum olub. Partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir. Şahidlərin sözlərinə görə, naməlum şəxslər məscidə əl qumbaraları atıblar, daha sonra isə avtomat silahlarla insanlara atəş açıblar.

Hadisə ilə bağlı bölgədə 3 günlük matəm elan edilib.

Rusiya Müdafiə Nazirliyi Qazaxıstandakı Sarı Şaqan hərbi poliqonunda modernləşdirilən yeni raket sistemini sınaqdan çıxarıb. Yeni raket sisteminin adı açıqlanmayıb. Lakin sınağın uğurla başa çatdığı deyilir.

Adı açıqlanmayan raket sisteminin Moskvanı hava hücumundan qoruyan A-135, yaxud A-235 sistemi olduğu təxmin edilir.

Ukraynanın Donbas bölgəsində vəziyyət gərginləşib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qarşıdurma nəticəsində Ukraynanın 5 əsgəri ölüb, 4-ü yaralanıb. Separatçılardan isə 8 nəfər ölüb, 9-u yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm