Rusiyanı diz çökdürəcək PLAN, intihar cəhdi və İNQİLAB... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyanı diz çökdürəcək PLAN, intihar cəhdi və İNQİLAB... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb. Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Xəzər dənizinin hüquqi statusu üzrə bütün məsələlərlə bağlı razılıq əldə olunub. ABŞ-ın fərdi sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını maliyyə baxımdan məhv edə bilər. Ukraynada vəziyyət yenidən gərginləşib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vyanada görüşəcəklər. Bu barədə informasiya Ermənistan Xarici İşlər Nazirliyinin Feysbukdakı səhifəsində yerləşdirilib. Məlumata əsasən, görüş dekabrın 7-də ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.

Bu gün Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Dekabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaqdır.

Bu gün Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası keçirilib. Toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər.

Region ölkələr Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır. Bunu Xəzəryanı ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ümumilikdə mən keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm. Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə başçılarımıza təqdim olunacaq və biz ümid edirik ki, sənəd onlar tərəfindən imzalanacaq”, - deyə Lavrov vurğulayıb.

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib. 2017-ci ildə neft qiymətlərindəki azalma və hərbiləşdirmənin səviyyəsi arasındakı əlaqə xüsusilə Mərkəzi və Cənubi Amerikada, eləcə də Yaxın Şərqdə aydın görünür.

2017-ci il üzrə Qlobal Hərbiləşdirmə İndeksinin “Top-10”luğuna İsrail, Sinqapur, Ermənistan, Rusiya, Cənubi Koreya, Küveyt, İordaniya, Kipr, Yunanıstan və Bruney daxildir. Bu ölkələr silahlı qüvvələrə cəmiyyətin digər sahələrinə nisbətən daha yüksək səviyyədə resurslar ayırırlar.

Azərbaycan ötən illə müqayisədə 2 pillə geriləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın İstintaq Komitəsi azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılova qarşı qiyabi olaraq qətl törətmək ittihamı irəli sürülüb.

Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirmək üçün ən azı səkkiz insanın qətlini sifariş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya ərazilərinin böyük hissəsi ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya tərəfindən azad olunub. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Pexon söyləyib.

“Suriya rejimi və Rusiya İŞİD-in məhvi ilə bağlı ciddi addım atmayıblar. Onlar sadəcə İŞİD-ə qarşı əməliyyatların kiçik hissəsini icra ediblər. Suriya və İraq ərazilərinin böyük hissəsi qlobal koalisiya və tərəfdaşlarının yardımı ilə azad edilib”, – deyə o bildirib.

“Casusluq” istintaqı çərçivəsində bütün əmlakı müsadirə olunan Rza Zərrabın İstanbuldakı şirkətində çalışanlardan 7 nəfər həbs edilib. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən saxlanılan 7 nəfərin Zərrabın ən yaxın adamları olduğu və şirkətin bütün sirlərini bildikləri qeyd olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qüds müsəlmanların qırmızı cigisidir" istiqamətində açıqlamaları İsrail rəhbərliyində ciddi narazılıqlara səbəb olub. Ərdoğanın açıqlamasına cavab olaraq İsrail xarici işlər naziri Emanuel Nahson “Ərdoğan tanısa da, tanımasa da Qüds yəhudilərin 3 minillik, İsrailin isə 70 illik paytaxtıdır” deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın fərdi sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını maliyyə baxımdan məhv edə bilər. Bu haqda Ukraynanın “Novaya Gazeta” nəşri yazıb.

Nəşrin yazdığına görə, ABŞ-da Rusiya oliqarxları və məmurlara qarşı fərdi sanksiyalar haqqında genişmiqyaslı məruzə elan ediləcəyi planlaşdırılır.

Qeyd edilir ki, beynəlxalq ekspertlər qrupu “Kreml məruzəsi” üzrə fiqurantların seçilməsinin meyarlarını müəyyən edib. “Rejimə yaxınlığın” əlamətlərindən biri hakimiyyətin təcavüzkar hərəkətlərində iştirak (açıq və ya gizli) etməkdir. İkinci əlamət hakimiyyətə yaxın siyasətçilər və biznesmenlərdir. Onların “Rusiya xalqının hesabına zənginləşməyə” imkan verən korrupsiya sxemlərinin iştirakçısı olduğu bildirilir.

“Kreml məruzəsi”nin müəllifləri onun gələcək fiqurantlarının aşağıdakı kateqoriyalarını təklif edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə yaşadığı binanın damına çıxaraq intihara cəhd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

İdarə siyasətçinin tutulması haqqında informasiyanı təsdiq etdi. Onun dindirilməsi planlaşdırılır.

Siyasətçinin vəkili isə “Ukraynskaya Pravda” internet nəşrinə bildirb ki, Gürcüstanın sabiq prezidenti dövlət çevrilişinə kömək etməkdə şübhəli sayılır.

Mixail Saakaşvilinin tərəfdarları onu aparan mikroavtobusun qapısını və pəncərələrini sındıraraq liderlərini azad ediblər. Saakaşvili öz tərəfdarlarını küçələrə çıxmağa və prezident Pyotr Poroşenko ilə onun ətrafına qarşı çıxış etməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukrayna Təhlükəsizlik Xidmətinə Kiyevin küçələrində sakitliyə və Kiyevdə “rus qışı” üzrə Moskvanın planının neytrallaşdırılmasına görə təşəkkür etmək lazımdır”. Bu haqda Ukraynanın baş prokuroru Yuri Lusenko brifinqdə bildirib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin himayəsi altında hərəkət edən bir neçə min insan noyabr ayında Yanukoviç (Ukraynanın keçmiş prezidenti –red.) və Kurçenkonun (biznesmen Sergey Kurçenko – red.) hesabına Ali Radanın binasının tutulmasını planlaşdırırdılar. Ora Saakaşvilinin (Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın keçmiş prezidenti – red.) daxil edilməsi, hətta silahlardan istifadə planlardan biri idi”, - baş prokuror deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm