Prezident bir imza ilə bunu yoluna qoydu, artıq şəhid ailələri rahat nəfəs ala bilər - RƏY
Bizi izləyin

Nida Təhlil

Prezident bir imza ilə bunu yoluna qoydu, artıq şəhid ailələri rahat nəfəs ala bilər - RƏY

Prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 000 manat birdəfəlik yardımın verilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk fərmandır.

Şübhəsiz ki, bu fərman İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Hərbi ekspert Üzeyir Cəfərli mövzu ilə əlaqadər Publika.az-a açıqlamasında bildirib ki, əslində bu məsələ illər öncə həllini tapmalı idi:

“Məmurların illərlə həll edə bilmədiyi bir məsələni ölkə başçısı bir sənədlə, şükürlər olsun ki, yoluna qoydu. Bəzi məmurlar bu məsələdə çoxdan qollarını çırmalamalı və ölkə başçısına bu haqda məruzə etməli idilər. Belə ciddi bir amili zamanında dövlət səviyyəsində həllinə qaldırmadıqlarına görə bu günədək uzandı. İndi şəhid ailələri və itkin düşənlərin ailələri rahat nəfəs ala bilərlər. Çünki prezident hər zaman olduğu kimi diqqətini ilk olaraq məhz onların problemlərinə yönəltdi. Bu məsələ çərçivəsində Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər səlahiyyətli qurumlar hərəkətə keçəcək və ərazi bütövlüyümüz uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri maddi yardımla təmin ediləcək. Belə ailələrin sayı çox deyil, təxminən, səkkiz mindir. Lakin bu, çox ciddi və zəruri məsələ idi. Sevinirik ki, artıq belə problemlər tez bir zamanda, asan və ədalətli şəkildə öz həllini tapır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm