Nida Təhlil
Paşinyanın Putindən Azərbaycanla bağlı ŞOK İSTƏYİ - Bu gün NƏ BAŞ VERƏCƏK?
Bu gün Soçidə Avrasiya İqtisadi İttifaqının yüksək
səviyyəli sammiti öz işinə başlayır.
Publika.az xəbər verir ki, sammitdə Ermənistanı yeni baş
nazir Nikol Paşinyan təmsil edəcək.
Məlumatlara görə, sammit çərçivəsində Paşinyanın Rusiya prezidenti
Vladimir Putinlə də təkbətək görüşü gözlənilir. Əslində bütün
diqqət məhz bu görüşdədir. Ekspertlər Rusiyanın Ermənistanda
Paşinyan hökumətinə münasibətinin bu görüşdən asılı olduğunu hesab
edirlər.
Putinlə Paşinyan nələri müzakirə edəcək?
Hazırda ən çox müzakirə olunan sual budur. Təbii ki, görüşün ana
xəttini bundan sonra Moskva-İrəvan münasibətləri təşkil edəcək.
Ruslar öz forpostlarında başqa ağalara imkan vermək fikrində deyil,
bu baxımdan, Qərb dəstəyi ilə Sarkisyanı devirən Paşinyanın
qarşısında müəyyən şərtlərin irəli sürülməsi ehtimalı böyükdür.
Karnegi fondunun Moskva mərkəzinin saytında dərc olunmuş analitik
məqalədə deyilir ki, Paşinyan sələfi Sarkisyandan fərqli olaraq
Putinin qarşısında bir neçə şərti sərt şəkildə qaldıracaq.
“Mümkündür ki, Paşinyan Putindən Rusiyanın Azərbaycana silah
satışının dayandırmasını istəyəcək”, - deyə fondun analitikləri
qeyd edirlər.
Erməni siyasi şərhçi Sarqis Artsruni də yazır ki, Paşinyanın
Putindən Azərbaycanla bağlı xahiş edəcəyi istisna deyil: “Sarkisyan
“aprel müharibəsi”ndən sonra dəfələrlə Rusiyadan Azərbaycana silah
satışını dayandırmağı istəmişdi, lakin uğursuz oldu. Paşinyan da
məhz bu məsələni gündəmə gətirəcək”.
Asif
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?