Nida Xəbər
Qarabağ uğrunda kulis müharibəsi - GİZLİ OYUN və ANONİM MƏKTUB
“Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də
beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı
uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin
təşvişinə səbəb olub”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü
Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, Azərbaycanın uğurları əsasən 2 məsələ ilə
bağlıdır: “Qondarma insan hüquqları pozuntuları, siyasi məhbus
məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və
Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən
işğalı ilə bağlı qətnamələrin qəbuludur. Siyasi məhbus məsələsində
əldə edilən uğur 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof
Ştrasserin məruzəsinə AŞPA üzvlərinin mütləq əksəriyyətinin qarşı
çıxmasıdır. Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı
məsələsində isə bir sıra qətnamələr qəbul edilib. Bu istiqamətdə
qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin
müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı
rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə
dair”qətnamədir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər
ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı
təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən
dərhal geri çəkilməsi tələb edilir, Ermənistanın Azərbaycana qarşı
qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır
və Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su
anbarının hazırki durumunun törədə biləcəyi humanitar fəlakətin
nəticələrinə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığı
bildirilir”.
E.Süleymanov bildirib ki, bu uğurları şübhə altına almaq istəyən
erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr “kürü
diplomatiyası” adı altında hər cür uydurmalar yaradaraq, bütün
uğurlarımıza kölgə salmağa cəhd göstərirlər.
“Çox təəssüf ki, ermənipərəst və anti-Azərbaycan qüvvələrin güclü
olduğu dövlətlərdə bu məsələ mətbuatda da yer almağa başlayır.
Bununla bağlı İtaliyanın erməni lobbisinin təsiri altında olan
mətbuatı və televiziya verilişləri səfərbər edilibdir. Onlardan
biri də “Rai 3” telekanalında yayımlanan “Report” verilişidir. Bu
verilişin aparıcısı Milena Gabanelli mütəmadi olaraq Azərbaycan
əleyhinə fəaliyyətlə məşğul olub, Ermənistana və işğal altında olan
Azərbaycan ərazilərinə gedərək erməni tərəfindən müsahibələr
götürüb, Azərbaycan tərəfindən heç bir müsahibə almadan Azərbaycana
dair qərəzli və haqsız reportaj hazırlayıbdır. Bu verilişdə ekspert
qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olubdur.
“Report” verilişinin aparıcısı Milena Gabanelli mütəmadi olaraq
qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyinə görə onun
müəllifi olduğu veriliş bağlanıb, hətta kanala və verilişə qarşı
300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxıbdır.
Məlum olubdur ki, verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və
böhtan xarakterli məlumatlar yayıldığına görə, “Report” verilişi və
“Rai 3” telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilib, onlara
qarşı külli miqdarda təzminat iddiaları qaldırılıbdır. Çoxsaylı
iddiaçılar arasında İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi,
İtaliya neft-qaz şirkəti “ENİ”, nüfuzlu İtaliya qəzeti “Libero
Quotidiano”, İtaliya hökumətində 3 dəfə nazir olmuş Claudio
Scajola, habelə keçmiş nazir Renato Brunetta, Romanın keçmiş meri
və keçmiş kənd təsərrüfatı naziri Gianno Alemanno, İtaliya senotaru
və Lombardiya vilayətinin başçısı Roberto Formigoni, Verona meri
Flavio Tosi, Ravello şəhərinin keçmiş meri Secondo Amalfitano,
İtaliya prokuroru Salvatore Murone, senator Cesare Cursi,
deputatlar Roberto Morassut və Monica Faenzi kimi tanınmış şirkət
və simalar vardır”, - deyə deputat qeyd edib.
Ermənilərin Azərbaycana qarşı genişmiqyaslı təxribatları davam
etdirdiyinə diqqət çəkən E.Süleymanov vurğulayıb ki, onlar 26
yanvar 2016-cı ildə qəbul edilmiş 2085 saylı “Azərbaycanın
cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum
edilməsinə dair”qətnaməsinin müəllifi Militsa Markoviçə qarşı
qarayaxma kampaniyasına başlayıblar.
Belə ki, Bosniya və Herseqovina mətbuatının verdiyi məlumata
əsasən, bu günlərdə ölkə parlamentinə və mətbuatına anonim məktub
daxil olubdur. Məktubda qeyd olunur ki, bu ilin əvvəlində AŞPA-da
qəbul edilən 2085 saylı qətnamənin hazırlanması dövründə qətnamənin
müəllifi deputat Militsa Markoviç erməni tərəfi ilə əməkdaşlıq
etməyib və ermənilər üçün tam qərəzli olan bir mətn hazırlayıb.
Məktubda xanım Markoviç bu qətnaməni rüşvət müqabilində
hazırlamaqda birbaşa ittiham edilib.
Məktub müəllifi məqsədyönlü şəkildə ölkə parlamentarilərini və
ictimaiyyətini aldatmağa çalışıb. Belə ki, 2085 saylı qətnamə
hazırlanarkən Ermənistan tərəfi məruzəçinin və AŞPA rəhbərliyinin
təkidlərinə baxmayaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina edibdir.
Məhz bu səbəbdən həmin qətnamənin 8-ci bəndində vurğulanıbdır:
“Assambleya Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan
hakimiyyətinin bu məsələyə dair məruzənin hazırlanmasında
əməkdaşlıq etməməsini qəti pisləyir. Assambleya belə rəftarı Avropa
Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə
zidd hesab edir”. Bosniya və Herseqovina parlamentinə göndərilən
anonim məktub dərhal ictimaiyyətə ötürülüb və Bosniya parlamentinin
deputatı, AŞPA-da Bosniya nümayəndə heyətinin rəhbəri Mladen Bosiç
tərəfindən təbliğ edilibdir. O, bu məktubla bağlı hər yerdə
müsahibələr verərək erməni nümayəndə heyəti ilə görüşdüyünü və eyni
ittihamları eşitdiyini deyib və xanım Markoviçi bir xristian kimi
ermənilərin əleyhinə olan sənəd hazırlamaqda ittiham edib. Xanım
Markoviç isə yerli mətbuata verdiyi müsahibəsində bildirib ki,
məktubun müəllifi barədə araşdırma aparıbdır və məktubun
müəllifinin Bosniya və Herseqovinanın AŞPA yanında daimi
nümayəndəliyinin səfiri Predraq Qrqiç olduğunu aşkar edibdir.
Mətbuatın verdiyi məlumata əsasən, xanım Markoviç dərhal səfirlə
əlaqə saxlayıb, o, əvvəl bunu inkar etsə də, sonradan məktubu
Mladen Boşiçin xahişi ilə yazdığını etiraf edibdir. Predraq Qrqiç
eyni zamanda bu məktubun ictimaiyyətə verilmək üçün nəzərdə
tutulmadığını və sırf Bosiçi məlumatlandırmaq üçün hazırlandığını
bildiribdir. Bosniya və Herseqovina KİV-lərində yayımlanan
məlumatlara əsasən, keçmiş məruzəçi Markoviç həm bu ölkənin AŞPA-da
nümayəndə heyətinin rəhbəri Bosiçi, həm də səfir Qrqiçi məhkəməyə
verib və bu barədə bütün mətbuat orqanlarını məlumatlandırıbdır.
Hadisələrin gedişindən ciddi narahat olan səfir Qrqiç ölkə
KİV-lərinə müraciət edərək deputat Mladen Bosiçin onu aldatdığını,
onun məktubunun mətbuata verilməsini ucuz və məsuliyyətsiz bir
hərəkət olduğunu bildiribdir. Yerli mətbuat eyni zamanda bildirir
ki, Qrqiçin bu bəyanatından sonra Mladen Bosiç jurnalistlərə cavab
vermir. Bununla da ermənilərin ölkəmizə qarşı növbəti təxribatı tam
iflasa uğrayıb.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı