“Təhlükəsiz şəhər” kameraları 380 cinayətin üstünü açdı
Bizi izləyin

Nida Xəbər

“Təhlükəsiz şəhər” kameraları 380 cinayətin üstünü açdı

Kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 cinayətin üstü açılıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3947 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 cinayətin üstü açılıb.

Publika.az xəbər verir ki, bunu yanvarın 19-da Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.

İdarə rəisi qeyd edib ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub. Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub. Qanunsuz dövriyyədən 269 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Keçən il 138 odlu silah, 10 qumbara, 9125 döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah əməliyyat yolu ilə götürülüb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm