BDU ABŞ kəşfiyyatının məxfi sənədlərində – Hansı məlumatları toplayıblarmış? - – SƏNƏDLƏR
Bizi izləyin

Nida Xəbər

BDU ABŞ kəşfiyyatının məxfi sənədlərində – Hansı məlumatları toplayıblarmış? - – SƏNƏDLƏR

Məxfi sənədlər qovluğu dünyada böyük maraq doğurub.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin bugünlərdə açıqladığı məxfi sənədlər qovluğu dünyada böyük maraq doğurub. Üzərindən “Məxfi” qrifi götürülmüş bu qovluqlarda 50 illik bir dövrdə toplanmış informasiyalar açıqlanıb. Bu qovluqların içində Azərbaycanla bağlı da minlərlə informasiya var.

Strateq.az bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat sənədlərində Azərbaycanın o dövrdəki siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib.

ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burada olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı, Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.

MKİ agentləri Azərbaycan Dövlət Unversiteti (indiki BDU) ilə də bağlı informasiyalar toplayıb. 22 may 1959-cu ilə aid olan məxfi sənəddə ADU-da fəaliyyət göstərən fakültələr, onlara rəhbərlik edən professor-müəllim heyəti adlarla qeyd olunub. MKİ kəşfiyyatçıları ADU-da Elmlər Akademiyasının prezidenti, məşhur alim Yusif Məmmədəliyevin rektor olduğunu yazıblar. Bundan başqa, MKİ-nin Azərbaycan SSR-də işləyən agentləri ADU-nun müəllimlərinin də adlarını ABŞ-a göndəriblər.

Sənədləri araşdırarkən məlum olur ki, ABŞ kəşfiyyatı Azərbaycanda maksimum dərəcədə informasiya toplaya bilib.

ADU ilə bağlı Mki-nin arxivində oaln həmin məxfi sənədlərin fotosurətin oxuculara təqdim edirik.

SIA Baki BDU siyahi

SIA Baki BDU02

SIA Baki BDU03

Oxumağa davam et
Reklam
Reklam

Gündəm