Münhen Təhlükəsizlik Konfransı başladı
Bizi izləyin

Nida Xəbər

Münhen Təhlükəsizlik Konfransı başladı

Münhen Təhlükəsizlik Konfransı başlayıb.

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.

APA-nın xəbərinə görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm