"Ermənistanın işğalı davam etdikcə regionda gərginlik daha da artacaq" - EKSPERT
Bizi izləyin

Nida Xəbər

"Ermənistanın işğalı davam etdikcə regionda gərginlik daha da artacaq" - EKSPERT

Onlar münaqişəni həll etmək iqtidarında deyil.

Azərbaycan torpaqlarının işğalı davam etdikcə regionda gərginlik qalacaq və daha da artacaq.

Bunu Trend-ə Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan və Ermənistanın problemi deyil. “Bu, dünya ictimaiyyətinin problemidir, bu münaqişənin həlli aparıcı beynəlxalq qüvvələrdən asılıdır”.

Ekspert həmçinin, ATƏT Minsk qrupunun qeyri-effektivliyini vurğulayıb.

Onun sözlərinə görə, həmsədrlər eskalasiyanın qarşısını almaq və ya münaqişəni həll etmək iqtidarında deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm