Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı SƏRT AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı SƏRT AÇIQLAMA

Qələbəmiz naminə görülən işlərə kölgə salır.

Ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır.

Bu barədə Müdafiə Nazirliyindən Publika.az-a son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlara münasibət bildirilərkən deyilib.

Qeyd olunub ki, hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə, cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir:

"Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərdə və mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı erməni təbliğatının maraqlarına xidmət etmiş olur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm