Rusiya Xarici İşlər Nazirliyindən ÜAK AÇIQLAMASI
Bizi izləyin

Nida Xəbər

Rusiya Xarici İşlər Nazirliyindən ÜAK AÇIQLAMASI

Münasibətlərə xələl gətirməyəcək.

Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir.

Publika.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsini şərh edərkən deyib.

O deyib: “Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib”.

O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm