Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR

Tədbirdə 205 qurultay nümayəndəsindən 164-ü iştirak edib.

Bu gün Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) IV qurultayı keçirilib.

Publika.az xəbər verir ki, partiya sədrinin müavini Ramil Hüseynli tədbirdə 205 qurultay nümayəndəsindən 164-nün iştirak etdiyini deyib. Əli Əliyev hesabatla çıxış edib.

O bildirib ki, Azərbaycandakı mövcud problemlər diskussiyalarla, polemikalarla həllini tapmalıdır.

Qurultayda partiyanın növbəti dövr üçün sədri müəyyənləşib. Əli Əliyev alternativsiz namizəd olduğundan yenidən VİP-in sədri seçilib. Sonra partiyanın Ali Məclisinin və Mərkəzi Nəzarət Təftiş Komissayasının tərkibi müəyyənləşib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm