Hikmət Hacıyev: “Qarabağda baş verənlər II Dünya müharibəsi ssenarisini xatırladır”
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyev: “Qarabağda baş verənlər II Dünya müharibəsi ssenarisini xatırladır”

“Hazırda təmas xəttində baş verənlər II Dünya müharibəsi ssenarisini xatırladır”.

Publika.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda keçirilən beynəlxalq ictimai forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdiddir: “Bunun da kökündə Ermənistanın Azərbaycana təcavüzü dayanır. 1994-cü ildə imzalanan atəşkəs sazişi işğalın aradan qaldırılmasına zəmin yaratmalı idi. Lakin ötən müddət ərzində Ermənistan atəşkəs sazişindən, həmçinin, bu müddətdə qəbul edilmiş sənədlərdən işğalçılıq siyasətini davam etdirmək üçün sui-istifadə edib. Hazırda təmas xəttində II Dünya müharibəsinin səngər döyüşünün ssenarisi var. Bu regional təhlükəsizlik üçün böyük təhdiddir”.

H.Hacızadə qeyd edib ki, danışıqlar prosesinin hazırkı mərhələsində Ermənistanın strategiyası dəyişməyib.

“Ermənistan danışıqları imitasiya edir və bunun arxasında gizlənərək, beynəlxalq ictimaiyyəti aldadır. Halbuki, beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri substantiv danışıqlarımn aparılması çağırışı edir. Azərbaycan daim substantiv danışıqları dəstəkləyib və bu gün də belə danışıqlara tam hazırdır. Sonuncu dəfə prezidentlərin Sankt-Peterburq görüşündə substantiv danışqılar aparılıb. Bu görüşdə Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, qaçqınların geri qayıtması məsələsi əsas müzakirə mövzusu idi. Lakin Ermənistanın işğal strategiyasının mahiyyəti dəyişməyib”, - deyə XİN sözçüsü vurğulayıb.

H.Hacıyev həmsədrlərin regiona son səfərinə toxunaraq, Azərbayca ictimaiyyətinin haqlı etiraz etdiyini bildirib.

Onun sözlərinə görə, Minsk qrupu ictimaiyyətin bu etirazından nəticə çıxartmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm