7640 müəllimə ehtiyac var
Bizi izləyin

Nida Xəbər

7640 müəllimə ehtiyac var

Respublikada müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,ümumilikdə 7640 yer vakansiyaya çıxarılıb.

Təkcə Bakı şəhəri üzrə müsabiqəyı 515 vakant yer təqdim edilib.

Qeyd edək ki, işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı iyulun 1-dən 14-dək aparılıb. 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.

Bu il müəllimlərin işə qəbul üzrə təqdim edilən vacant yerlərin sayı əvvəlki illərə nisbətən daha çoxdur.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə vakant yerlər və məktəblər barədə məlumatı bu linkdən (http://www.edu.gov.az/upload/file/vakansiya/2017/vakansiya.pdf) əldə edə bilərsiniz.
Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm