Nida Xəbər
Ali Baş Komandana yeni səlahiyyətlər verilir
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.
Gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.
Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.
Layihəni şərh edən komitə üzvü deputat Zahid Oruc bildirib ki, qanunda Ali Baş Komandanın səlahiyyətlərində Milli Məclisə hərbi doktrinanın təqdim olunması, silahların və hərbi texnikanın inkişafının dövlət proqramlarının tərtib olunması, Milli Məclisin razılığı ilə müharibə elan etmə, yaxud sülh bağlama və s. var: “Bununla yanaşı, Ali Baş Komandanın hərbi məktəbləri, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti səlahiyyətlərinin də olduğunu nəzərə alınıb, yuxarıdakı təklif irəli sürülüb”.
Layihə sentyabrın 12-də komitə iclasında müzakirəyə çıxarılacaq. (apa)
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ