Nida Xəbər
Yeni energetika naziri kimdir? - DOSYE
Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, Pərviz Şahbazov
1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci
illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu
illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə
Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər
şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın
Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici
İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci
katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra
vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı
səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik
Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından
Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri təyin
edilib. 2016-cı ildə isə Azərbaycanın Almaniya Federativ
Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılıb.
Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir. P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.
Qeyd edək ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyun ayında dünyasını dəyişib. O vaxtdan indiyədək sabiq nazirin vəzifəsini müavinləri icra edirdi.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan