Nida Xəbər
Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu - - FOTOLAR
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm
infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında
formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini
də xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki
sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran
digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi