Cinayət Məcəlləsinə təklif edilən 300 dəyişikliyin müzakirəsinə başlandı
Bizi izləyin

Nida Xəbər

Cinayət Məcəlləsinə təklif edilən 300 dəyişikliyin müzakirəsinə başlandı

Milli Məclis “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Publika.az-ın xəbərinə görə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Cinayət Məcəlləsindən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd 5 dəfə artırılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ilk dəfə olaraq məcəlləyə azadlığın məhdudlaşdırılması cəzası maddəsi əlavə edilib. Bundan başqa, 34 cinayət üzrə cəza müddəti aşağı salınır.

Komitə sədri deputatları dəyişiklikləri dəstəkləməyə çağırıb.

Hazırda deputatlar dəyişikliklərlə bağlı müzakirələrə başlayıb.

Dəyişikliklərə münasibət bildirən millət vəkili Fazil Mustafa yeni doğulmuş uşağını öldürən analara qarşı cəzanın yüngülləşdirilməsinin doğru yanaşma olmadığını deyib:

“Yeni doğulmuş övladını qəsdən öldürən anaya 3 ilə qədər azadlıqdan məhrum edilmə və azadlığın məhdudlaşdırılması yüngül cəzadır. Bu dəyişiklik sanki stimullaşdırıcı xarakter daşıyır. Həmçinin 140-cı maddədə qeyd olunan insanları İİV-ə yoluxdurmçaya görə azadlığın məhdudlaşdırılması təhlükəli yanaşmadır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm