Nida Xəbər
Trampın müharibəyə səbəb olacaq GİZLİ QARABAĞ QƏRARI
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən
bildirdi ki, “Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən
sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı
qərarlar qəbul edildi”. Səfir qeyd etdi ki, ABŞ Minsk qrupunda
həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yenidən qurulması
prosesində Minsk qrupunda amerikalı həmsədr postunun ləğvi gündəmə
gəlmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
R.Sekutanın sözlərinə görə, artıq bu, baş verməyəcək və amerikalı
həmsədr postu saxlanılacaq. Lakin amerikalı səfir Vaşinqtonun
Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qəbul etdiyi
qərarları açıqlamayıb. Bundan əvvəl Minsk qrupunun keçmiş amerikalı
həmsədri Riçard Hoqland qeyd etmişdi ki, ABŞ-ın xarici siyasi
strategiyası müəyyənləşəndən sonra, Qarabağ münaqişəsi üzrə hərəkət
planı da hazırlanacaq. Görünür, bu proses başa çatıb və Amerika
Qarabağ məsələsində yeni addımlar atmağı düşünür.
Publika.az xəbər verir ki, ABŞ-ın gizli saxlandığı yeni qərarlar
Ermənistanı narahat edir. Xüsusilə erməni ictimaiyyəti yeni
müharibənin ola biləcəyi təhlükəsindən bəhs edir.
Erməni şərhçi Aram Amatuni yazır ki, Amerika Qarabağ məsələsində
Rusiya pəncərəsini bağlamağa çalışacaq.
“Məsələ ondadır ki, nizama salma prosesi dalana dirəndikcə,
müharibə variantı önə çıxır. Rusiya və ABŞ regionda müharibə
istəməyə bilər, lakin maraq mübarizəsində onlardan biri müharibəni
alovlandıra bilər. Təcrübə göstərir ki, yeni müharibələrdən
Ermənistan əziyyət çəkir”, - deyə o qeyd edir.
Erməni şərhçi hesab edir ki, ABŞ Rusiyanı Qarabağ məsələsində
inhisarçılıq mövqeyindən əl çəkməyə məcbur edə bilər: “Rusiyanın
bunu edib-etməyəcəyi isə məlum deyil”.
Asif
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib

































.jpg)

