Nida Xəbər
Azərbaycan sərhədində hər an partlayacaq ATOM BOMBASI - FOTOLAR
“Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom
Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən
yazıb.
Publika.az xəbər verir ki, Stefon Morellinin fotolarla
assosiasiya olunmuş məqaləsi “Həyat və ölümün arasında yaşayanlar”
adlanır.
Məqalədə deyilir ki, İrəvanın təxminən 30 kilometrliyində yerləşən
AES regionda ciddi qorxuya səbəb olur: “Bunun ən azı iki səbəbi
var: AES-in nüvə reaktoru qoruyucu qapağa malik deyil, stansiya
seysmik cəhətdən təhlükəli bölgədə yerləşir, yəni zəlzələnin
başvermə riski böyükdür. Stansiya 1989-cu ildə Spitak zəlzələsindən
sonra bağlanıb, lakin sonradan yenə istifadə olunmağa başlanıb.
“National Geographic” jurnalı “Metsamor”u dünyanın ən təhlükəli
AES-i adlandırıb”.
Nəşr 22 il öncə - 1995-ci ildə “Metsamor”a həsr etdiyi məqaləni
xatırladır. Həmin məqalədə deyilirdi ki, “Ermənistan enerjiyə olan
ehtiyacını əsas gətirərək, AES-i yenidən istifadəyə verib. O zaman
Ermənistanın 3,6 milyon əhalisinin yarıdan çoxu qışda ölkəni tərk
edir, yayda yenidən geri qayıdır”.
“Washington Post” qeyd edir ki, bütün risklərə baxmayaraq, AES
indiyə qədər işləyir və insanlar stansiya işçiləri üçün tikilmiş
şəhərdə yaşamağa davam edirlər.
Stefon Morellin bu ilin yanvarında Metsamor şəhərinə gələrək,
oradakı həyatı fotolara köçürüb.
“Şəhərdə 10 minə qədər insan sovet dövründə tikilmiş köhnə evlərdə
yaşayır. Onlar sağ qalmaq və ölüm arasında mübarizə aparır”, - deyə
nəşr qeyd edir.
Maraqlıdır ki, enerji istehsal edən AES-in yerləşdiyi şəhərdəki
insanlar evlərini isitmək üçün odundan istifadə edir. Çünki
istehsal edilən enerji başqa rayonlara gedir. O da diqqət çəkir ki,
şəhərdə elektrik enerjisinə qənaət etmək üçün gecələr küçə işıqları
söndürülür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, Naxçıvanın 50 kilometrliyində yerləşən AES bütün
region üçün ölüm təhlükəsi adlandırılır.
Asif
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib

































.jpg)

