Nida Xəbər
20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından Publika.az-a verilən
məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və
institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu
beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək,
ölkəmizin nailiyyətlərinin yüksək dəyərləndirilməsi vurğulanıb.
İclasda qeyd edilib ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki
nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi”
müsabiqəsinin mükafatçısı olub. Azərbaycan bu nüfuzlu müsabiqədə
Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Elektron məhkəmə”
informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi:
İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib. Bu layihə Avropa
ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin
tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək
təsis edilmiş dörd mükafatdan birinə layiq bilinib. Digər qalib
gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim
olunub.
Azərbaycan layihəsinin müsabiqədə iştirak edən 37 layihə arasında
mükafata layiq görülməsi və ölkəmizin adının ən yüksək kürsülərdən
şərəflə çəkilərək, bir çox Avropaİttifaqı dövlətlərini qabaqlaması
məhkəmə islahatlarının uğurundan xəbər verir. “Ədliyyənin Kristal
Tərəzisi” mükafatı Şuranın iclasında təntənəli surətdə təqdim
edilib.
Eyni zamanda qeyd olunub ki, bu ərəfədə Avropa Şurasının xahişi ilə
mütəxəssislərimiz Moldovaya səfər edərək müsbət təcrübəmizi
həmkarlarına aşılayıb, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər
Məhkəməsi sədrinin rəhbərliyi ilə mötəbər nümayəndə heyəti ölkəmizə
eyni məqsədlə səfər edib. Bu, Azərbaycanda həyata keçirilən
mütərəqqi məhkəmə islahatlarına beynəlxalq marağın nəticəsidir.
Tədbirdə, həmçinin əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə
fəaliyyətində mövcud problemlərə də toxunulub, vətəndaşlarda haqlı
narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə
alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin
20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik
səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya
məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə
çatdırılıb. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət
müddətinin başa çatacağı bildirilib, bununla əlaqədar prinsipial
təhlillərin aparılması və onların fəaliyyətinin
qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar
verilib.
İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq,
korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və
qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol
verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar
Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin
hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR