Nigeriyada Azərbaycan diaspor təşkilatı təsis olundu - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Nigeriyada Azərbaycan diaspor təşkilatı təsis olundu - FOTO/VİDEO

Bu günlərdə Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təqdimatı keçirilib.

Bu barədə Publika.az-a məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“60-dan yuxarı insanın iştirakı ilə keçirilən tədbirdə iri şirkət rəhbərləri, Fransanın Laqosdakı konsulu Laurent Polonceux, Almaniyanın konsulu Inqo Herbert, İspaniyanın konsulu Octavio Auqustin Uno Rodriquez iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb. Daha sonra “Azerbaijan Land Of Future” filmi qonaqlara təqdim edilib. Tədbir, xüsusilə xarici şirkət rəhbərlərinin maraq dairəsində olub.

Təşkilatın sədri Nigeriyanın siyasi-ictimai biznes dairələri ilə geniş əlaqələrə malik Billurə Bayramova, müavini isə Zaur Mansurov seçilib.

Billurə Bayramova və Zaur Mansurov Azərbaycan haqqında geniş və ətraflı çıxış ediblər. Təşkilatın hüquqşünası təşkilatın məqsədi haqqında danışıb.

Təşkilatın yaranmasının əsas məqsədi Azərbaycanı Nigeriyada tanıtmaq və təşkilat vasitəsilə iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək, səfirliklə, konsulluqlar, mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olub, layihələr həyata keçirtməkdir. Hələlik təşkilatın idarə heyəti 4 nəfərdən ibarətdir: Billurə Bayramova, Erik Peyson (Fransa vətəndaşı), Nik Dekson (İngiltərə vətəndaşı), Fadeke (Nigeriya vətəndaş)”, - deyə E.Eltürk qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm