“Silahlı Qüvvələr haqqında” qanun layihəsi parlamentin müzakirəsində
Bizi izləyin

Nida Xəbər

“Silahlı Qüvvələr haqqında” qanun layihəsi parlamentin müzakirəsində

Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanununun layihəsini ikinci oxunuşda müzakirəsinə başlayıb.

Publika.az xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov deyib ki, layihə haqqında geniş məlumat verməyəcək:

“Biz, bu layihəni birinci oxunuşda müzakirə etmişik. Komitələrdə də geniş müzakirələr aparılıb. Bu haqda deputatların irəli sürdüyü təkliflər və suallara ətraflı cavab verəcəyik”.

Deputat Fazil Mustafa təklif edib ki, qanunda 15-ci maddəyə bir daha baxılsın: “Bu maddə Konstitusiyaya uyğunlaşdırılmalıdır. Ötən müzakirələrdə həmkarım Qüdrət Həsənquliyev bu haqda çıxış etmişdi. Milli Məclis olaraq biz nəzarət etməyəcəyi bir qurumla bağlı məsələləri necə müzakirəyə çıxara və ya münasibət bildirə bilərik?”.

Deputat deyib ki, dövlət orqanlarına nəzarət funksiyası bölüşdürülməlidir: “Biz bu məsələni qaldıranda elə anlaşılır ki, sanki biz ABŞ və ya Bolqarıstan parlamenti üçün səlahiyyət istəyirik. İndi biz Pentensiar Xidmətə nəzarət etmirik. Burada bir sıra pozuntular baş verir. Ədliyyə naziri də bunu etiraf edib”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, çox vaxt onların təklifi nəzərə alınmır: “Bizim hörmətli rektor Kamal Abdulla Dövlət Dumasının nümayəndələrini Bakıya dəvət etmişdi. Mən də həmin tədbirdə iştirak etdim, dumanın deputatları ilə söhbət etdim. Məlum oldu ki, Rusiyada büdcənin müzakirəsi zamanı 700 təklif irəli sürüblər, bunun 540 qəbul edilib”.

Müzakirə edilən qanun haqda danışan Q.Həsənquliyev təklif edib ki, 4.1.4 maddədə “daxili sabitlik” ifadəsi “ktləvi” iğtişaşlar sözü ilə əvəz edilsin. Çünki daxili sabitlik deyəndə belə anlaşıla bilər ki, mitinqi də ordu dağıda bilər. Kütləvi iğtişaşlar isə daha təhlükəli və ciddi hərəkətləri özündə ehtiva edir”.

Q.Həsənquliyev bir daha vurğulayıb ki, Milli Məclisin Silahlı Qüvvələrin üzərində nəzarəti olmalıdır. Eyni zamanda 15-ci maddəyə Silahlı Qüvvələrə ictimai nəzarətin təmin edilməsi haqda anlayış əlavə olunmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm