Nida Xəbər
Türkiyədə Xocalı faciəsi anılacaq
Türkiyədə Xocalı soyqırımının anım mərasimi keçiriləcək.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, deputat Elman Məmmədov bu məqsədlə fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
Millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ
bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının
26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak
edəcək.
Deputatımız həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım
Beyazit Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi
konfrans və rəsm sərgisinə qatılacaq.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi
zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə
qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən ibarət sərgi
təşkil olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri
İsmayıl Qəhrəman iştirak edəcək.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO