Tacikistan prezidenti Azərbaycana gəlir
Bizi izləyin

Nida Xəbər

Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistanın prezidenti İmaməli Rəhmanın Azərbaycana rəsmi səfəri gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.

Səfir qeyd edib ki, İ.Rəhmanın Azərbaycana səfəri üçün hazırlıq gedir: "Dövlət başçısının Azərbaycana səfəri çərçivəsində iki ölkə arasındakı münasibətlər müzakirə ediləcək və yeni diplomatik səhifələr açılacaq".

Diplomat səfərin dəqiq tarixi isə hələ bildirilməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm