Rusiya Ermənistanı müharibəyə hazırlayır - Şərh
Bizi izləyin

Nida Xəbər

Rusiya Ermənistanı müharibəyə hazırlayır - Şərh

Ermənistan gec-tez danışıqların uğursuzluqla bitəcəyini və Azərbaycanın müharibəyə başlayacağını bilir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“İrəvan onu da anlayır ki, danışıqlarla hədəflərinə nail ola bilməyəcək. Çünki Azərbaycan Dağlıq Qarabağı ermənilərə güzəştə getməyəcək. Bu baxımdan ermənilər Azərbaycanın ordu quruculuğu və döyüş hazırlığı sahəsində ciddi surətdə irəlilədiyini görürlər. Ona görə də Aprel döyüşlərinin təcrübəsindən çıxış edərək hazırlıqlara başlayıblar. Ruslar da geniş surətdə işğalçıya yardım edir. Deməzdim ki, Ermənistan hücum əməliyyatlarına hazırlaşır. Ermənilər Azərbaycan Ordusunun haçansa hücuma keçəcəyini bilir və daha çox müdafiə döyüşlərinə hazırlaşır”, - politoloq bildirib.

Q.Hüseynli son günlər Ermənistan ərazisindən Dağlıq Qarabağa gələn qoşun hissələrinin sayının xeyli artdığını bildirib:

“Xüsusən də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Aprel hadisələrindən sonra Cənubi Qafqaz bölgəsində Ermənistan-Azərbaycan savaşının güclənə biləcəyinə dair proqnozundan sonra Rusiyadan da bu tipli mesajlar sürətlə tirajlanmaqdadır. Rusiyada müəyyən dairələr hazırda Ermənistanı qızışdırmaq xətti tutublar. Görünür, müharibə haqqında danışıqlar çoxaldıqca ermənilər ciddi surətdə narahat olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm