Azərbaycan və Türkiyə… - Bu, Ermənistanın sonunu GƏTİRƏCƏK
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə… - Bu, Ermənistanın sonunu GƏTİRƏCƏK

Ermənistanın tam təcridi çox ciddi və mənf nəticələr gətirə bilər.

Publika.az xəbər verir ki, bunu Ermənistanın “Birinci informasiya” saytı ilə söhbətində Gürcüstanın “Alik Media” nəşrinin baş redaktoru Arsen Xaratyan bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistan böyük regional layihələrdə iştirak etmək imkanlarından məhrum olacaq. Ötən həftə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə etdiklərini xatırladan Xaratyan vurğulayır ki, yalnız bu dördtərəfli görüşə diqqət yetirməmək lazımdır.

“Həm də avropalılarla başqa razılaşmalar var. İran malları Qərbə, Qərb malları isə İrana göndəriləcək. Biz Şimal-Cənub dəhlizini sonuna kimi çatdırmağa vaxt tapmadıq. Ermənistanın tam təcridi çox ciddi və mənfi proseslərlə nəticələnə bilər. Ermənistan İran kimi böyük ölkə üçün kiçik bazardır, amma tranzit nöqteyi-nəzərindən tarazlaşdırılmış münasibətlər mümkündür. Məsələn, bu energetika sferasında görünür. Söhbət İran qazının Gürcüstana ehtimal edilən çatdırmasından gedir”, - o söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm