Nida Xəbər
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü müəyyənləşdi - PÜŞKATMA
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iclasda qeyd olunub ki, namizədlər üçün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.
Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub:
1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev
4. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev
5. Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayev
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Cəlaloğlu
7. Prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev
MSK sədri Məzahir Pənahov bildirib ki, hər namizəd 1 saat ərzində 7 dəqiqə 30 saniyə çıxış etməli olacaq: “ Burada əsas məsələ ondan ibarətdir ki, çıxışlar zamanı şərəf və ləyaqətə toxunulmasın. Eyni zamanda təhqirlərə yol verilməsin. Bu il həm də namizədlərin xahişini nəzərə alaraq efirdə təşviqat zamanının vaxtı dəyişdirildi. Əvvəl televiziyada çıxışlar saat 19:00-da başlayırdısa, indi bu vaxt saat 22:00 olacaq. İctimai Televiziya da namizədlərin bu xahişini nəzərə aldı”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı