AXC-nin 100 illiyi münasibətilə təsis ediləcək medal bu şəxslərə veriləcək
Bizi izləyin

Nida Xəbər

AXC-nin 100 illiyi münasibətilə təsis ediləcək medal bu şəxslərə veriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Dəyişikliklə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək.

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.

Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm