Nida Xəbər
Müəssisə və təşkilatlarda tətil yolu ilə fəaliyyətin dayandırılmasına görə cəzalar müəyyənləşir
Azərbaycanda idarə, müəssisə və təşkilatlarda tətil və digər üsullarla fəaliyyətin dayandırılması ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsi təklif olunub.
Layihəyə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 350 manatdək cərimə və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 500 manatdan 700 manata qədər cərimə, hüquqi şəxslər isə 3 000 manatdan 4 500 manata qədər cərimə oluna bilərlər.
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarında müzakirəyə çıxarılacaq.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO