Nida Xəbər
Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində yürüşlər keçirildi - FOTO
Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçuların iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri cəlb olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqlarımızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağımızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.
Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvərliyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olub.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı