Əhalinin 13,6 faizi pensiyaçıdır
Bizi izləyin

Digər

Əhalinin 13,6 faizi pensiyaçıdır

İyul ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondu sistemində 1291,6 min nəfər pensiyaçı qeydiyyatda olub.

Publika.az rəsmi statistik rəqəmlərə istinadən xəbər verir ki, pensiyaçılar ölkə əhalisinin13,6 faizini təşkil edib. Onların 60,5 faizi yaşa, 28,6 faizi əlilliyə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb.

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 175,2 manat təşkil edib. Orta aylıq əmək haqqının 38,3 faizinə bərabər olub. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1431,0 milyon manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,6 milyon manat və ya 2,6 faiz çox vəsait yönəldilib. Vəsaitin 97,5 faizini pensiya xərcləri təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm