Kreditlər və depozitlər üzrə faizlər bəlli oldu
Bizi izləyin

Digər

Kreditlər və depozitlər üzrə faizlər bəlli oldu

Bu ilin avqust ayına manatla yerləşdirilən depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,81 faiz təşkil edir.

Publika.az-ın məlumatına görə, hüquqi şəxlərin manatla yerləşdirdiyi depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 5 faiz, xarici valyuta ilə 4,01 faiz olub. Fiziki şəxslərin manatla yerləşdirdiyi depozitlər və əmanətlər üzrə faizlər 9,67 faiz, xarici valyuta ilə 9,39 faiz olub.

Hesabat dövründə verilmiş kreditlərin manatla orta faiz dərəcəsi 13,97 faiz, xarici valyuta ilə 12,73 faiz olub. Nəzərə çatdıraq ki, fiziki şəxslərə manatla verilən kreditlərin faiz dərəcəsi 18,29 faiz, xarici valyuta ilə 21,46 faiz olub. Yeri gəlmişkən, iyul ayı ilə müqayisədə faizlər artıb. Belə ki, iyulda fiziki şəxslərə manatla verilən kreditlərin faiz dərəcəsi 18,22 faiz, xarici valyuta ilə 20,58 faiz olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm