Digər
"Unibank" müştəri məlumatlarının qorunmasına yönəlmiş növbəti investisiya layihəsini başa çatdırdı
"Unibank" beynəlxalq standartlara cavab verən ehtiyyat məlumat mərkəzini istifadəyə verdi. "Unibank"-ın İnfrastruktur və texniki dəstək departamentinin rəhbəri Fərid Məmmədzadə bildirib ki, bu ehtiyat məlumat mərkəzinin yaradılması həm bank, həm də müştərilər üçün böyük əhəmiyyət malikdir: “Yeni və təkmilləşdirilmiş ehtiyat məlumat mərkəzi, məlumatların təhlükəsizliyini və aktuallığını qorumaq kimi vacib missiya daşıyır. Əgər əsas məlumat mərkəzində hər hansı bir fövqəladə hadisə baş verərsə, bu halda belə bank müştərilərinə xidmət göstərməkdə davam edəcək. Çünki yeni mərkəz məlumatların və xarici kommunikasiyaların ən qısa müddətdə bərpa edilməsini tam təmin edir. Bu layihə sayəsində müştəri məlumatları itirilməkdən tamamilə mühafizə olunur. Yeni mərkəzin məsafə baxımından da əsas mərkəzdən uzaqda yerləşməsi məlumatların qorunub saxlanmasını təmin edir.”
Qeyd edək ki, Mingəçevir şəhərində yerləşən yeni ehtiyat mərkəzinin yaradılmasına 2015-ci ilin aprel ayında başlanılıb və layihəyə 350. 000 AZN investisiya yatırılıb. Ehtiyat məlumat mərkəzi yeni avadanlıqlarla təhciz edilib. Yeni məlumat mərkəzi əsas mərkəzdən 270 km məsafədə yerləşir.
Unibank hazırda geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı