• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Doktoranturaya və dissertanturaya qəbul planları təsdiq edilib

  • Digər
  • 7 Oktyabr 2015 11:33
  • 358 Baxış
Doktoranturaya və dissertanturaya qəbul planları təsdiq edilib

Nazirlər Kabineti Azərbaycanın ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarını təsdiq edib.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, qəbul planı artıq bütün aidiyyəti nazirliklərə və AMEA-ya göndərilib: "AMEA-nın fəlsəfə doktoru proqramı üzrə doktoranturaya yalnız əyani olmaqla 93 plan yeri verilib. Bu il üçün akademiyada fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil forması olmayacaq. Fəlsəfə doktorluğu proqramı üzrə dissertanturaya isə 136 plan yeri təsdiqlənib".

Elmlər doktoru proqramı üzrə doktoranturaya cəmi 41 plan yerinin təsdiq olunduğunu deyən Ə. Sadıqov bildirib ki, həmin yerlərdən 2-si əyani, 39-u isə qiyabidir: "Qiyabi təhsil formasının çox olmasına səbəb elmlər doktoru proqramı üzrə çalışanların böyük əksəriyyətinin müəyyən yüksək vəzifə tutması və bəzilərinin başqa ciddi vəzifələrdə çalışmasıdır. Ona görə də həmin şəxslərin qiyabi təhsil almağı normaldır. Elmlər doktoru üzrə dissertanturaya isə 76 plan yeri təsdiq edilib".

O əlavə edib ki, bu həftə ərzində sənəd qəbulu üçün elan verilməsi nəzərdə tutulur: "İmtahanlar, çox güman ki, noyabrda keçiriləcək. Lakin doktorluq minumumları üzrə sessiya dekabr ayına təyin edilib. Sənədlərin siyahısında heç bir dəyişiklik edilməsi gözlənilmir. Çünki sənədlərin siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi formadadır. Yəni, heç bir qurum əlavə sənəd tələb edə bilməz".

Xatırladaq ki, bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalıdır.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR