• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xarici ticarət dövriyyəmiz azalıb

  • Digər
  • 19 Oktyabr 2015 12:48
  • 263 Baxış
Xarici ticarət dövriyyəmiz azalıb

Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 15 milyard 348,4 milyon ABŞ dolları olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 37,72% azalıb.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatlarının həcmi 8 milyard 769,9 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,47 faizə qədər azalma deməkdir. Dövlət sektorunun ixracda payı 88,85% və ya 7 milyard 792 milyon dollar olub.

İxracın ən yüksək həddi 2015-ci ilin yanvar ayında qeydə alınıb – 1 milyard 277,5 milyon dollar. Bundan sonra ixrac həcmləri düşməyə başlayıb və ən aşağı göstərici sentyabr ayında olub – 586 milyon dollar. Yəni, cari ildə Azərbaycanın orta aylıq ixracı ilin əvvəlindən sentyabr ayına kimi orta aylıq göstəricilərlə 54% azalıb.

İdxala gəldkdə, 8 ayda Azərbaycana gətirilən malların dəyəri 6 milyard 578,5 milyon ABŞ dolları olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% çoxdur. Məhsulların həcminin 22,1 faizi MDB üzvü ölkələrindən, 29,9 faizi Avropa Ittifaqı ölkələrindən, 48 faizi isə digər ölkələrdən idxal olunub.

İxracla bağlı yaranmış vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert İlham Şaban deyir ki, yanvar ayında Azərbaycan neftinin orta ixrac qiyməti 47 dolardan bir qədər artıq olub. Sentyabr ayında isə bu göstərici 49 dolları üstələmişdi: “Ancaq ixrac həcmləri sentyabr ayında ilin əvvəlinə nisbətdə azalmışdır ki, bu da dəyərdə öz əksini büruzə verməliydi. Ancaq bu, təkcə neft amili ilə bağlı deyil”.

Ekspert bildirir ki, Azərbaycanın MDB ölkələrinə ixracı cari ilin 9 ayında 44,8% azalıb. Azərbaycan isə MDB ölkələrinə əsasən qeyri-neft məhsulları ixrac edir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR