18 milyon gənc qızın pərəstiş etdiyi xeyriyyəçi - FOTOLAR
Bizi izləyin

Digər

18 milyon gənc qızın pərəstiş etdiyi xeyriyyəçi - FOTOLAR

O, hücumameylli yarımmüdafiəçi (pleymeyker) mövqeyində forma geyinən braziliyalı futbolçudur. Uğurları və xeyriyyəçiliyi dünyanın hər bir yanında onu sevdirib. Ronaldinyo (Ronaldinho) portuqal dilində "kiçik Ronaldo" mənasını verir. Bu ləqəb Ronaldinyonun kiçik yaşlarında o dövrdə "İnter”də oynayan Ronaldoya bəslədiyi heyranlıqdan irəli gəlib. Digər ləqəbi "Gaucho" isə Braziliyanın cənubundakı Rio Qrande do Sul bölgəsində bəzi futbolçulara verilən ləqəbdir, "xoşbəxt" mənasını verir.

Kasıb ailənin tək ümidi

1980-ci il martın 21-də Braziliyanın Porto Alegre şəhərində çox kasıb ailədə dünyaya gəlib. O, ölkəsinin böyük bir qisminin çətinlikdə, aclıq dövründə olduğu vaxt anadan olub. 80-ci illərdə ölkənin yarısından çoxunun kasıblıq çəkdiyi Braziliyada az qala hər uşağın qurtuluş yolu futbol idi. Ronaldinyo üçün də bir hədəf bəlli idi. İlk müəllimi Assis olub.

Əvvəllər futbolçu olan, ancaq daha sonra ailəsini dolandırmaq üçün "Grêmio Football Portoalegrense"də avto parkı idarə edən atası Joao Da Silva Moreira hovuzda boğularaq dünyasını dəyişmişdi.

O zaman Ronaldinyo hələ 8 yaşında idi. Hazırda futbolçunun meneceri olan böyük qardaşı Assisin futboldan qazandığı pul ilə dolanırdılar. Ronni ailədə özünə nümunə götürdüyü böyük qardaşının yolu ilə irəliləməyə başladı.

Ronaldinyo Rio Qrande do Sulda çimərlik futbol ilə idmana başladı.

Böyük qardaşı Roberto Assis o dövrə görə, fərqlənən gənc futbolçulardan idi. Millinin 18 nömrəli formasını geyinirdi. Assis futbolda möcüzələr yaratdığı bir dövrdə diz bağlarından zədə aldı. Bundan sonra İsveçrə, Yaponiya və Meksikada bəxtini sınadı, ancaq ehtiyat oyunçu olmaqdan başqa işə yaramadı. Assis futboldan uzaqlaşıb kiçik qardaşının topla nələr edə biləcəyini fərq etdiyi vaxt Ronaldinyonun meneceri olmağa qərar verdi.

Assisin bu qərarı və Ronaldinyonun istedadı kasıb ailə üçün yaxşı əməkdaşlığın və sərvətin qapılarını aralayan ilk addım oldu.

Ronni və qardaşı futbolun pul qazanmaq və ailə dolandırmaq üçün ən yaxşı yollardan biri olduğu qənaətinə gəlmişdi. Braziliyalı gənclərin 99 faizi bu fikirdədir.

Amma hər kəs yaşıl meydanlarda Ronaldinyo qədər şanslı ola bilməzdi. Hələ 14 yaşında ikən Ronaldinyo böyük qardaşının da razılığı ilə "Gremio"nun düşərgəsində futbol oynamağa başladı.

Ortada rəsmi müqavilə, ya da bir razılaşma yox idi. Ancaq qısa müddətdə nümayiş etdirdiyi performans Braziliyanın 17 yaşa qədər milli komandasına seçilməsini təmin etdi.

İlk uğurunu milli komandada əldə etdi

Misirdə təşkil edilən çempionatda U - 17 komandasında adından söz etdirməyi bacaran Ronaldinyo turnirin ən çox qol vuran futbolçusu kimi Braziliyaya qayıtdı.

Bununla da Ronni "Gremio" tərəfindən irəli sürülən müqaviləyə imza atdı. 1998-ci ildə məvacibi artan və rəsmi müqavilə ilə "Gremio" formasını geyinən Ronaldinyo o zamanlar ancaq ailəsini dolandıracaq qədər pul qazanırdı.

1998-ci ildə yalnız 4 matça çıxan və qol vura bilməyən gənc, bir il sonra qum futbolunu atıb yaşıl örtüklü meydanlarda oynamağa başladı.

O, 17 matçda atdığı qollar və verdiyi paslarla komandasını qürurlandırır. İkinci ilində 5, üçüncü ilində də 8 qolu aktivinə yazdırır.

"Yeni Pele yolda"

1999-cu ildə Uanderley Luksemburqunun rəhbərliyindəki milli komandaya çağırılan Ronaldinyo həmin ilin iyunun 26-da pərəstişkarı olduğu ulduzların daşıdığı formanı geyindi.

Dünya arenasında ilk qolunu Venesuelaya qarşı keçirilən oyunda atdı. Bu qolla o, "Kopa America"nı Braziliya muzeyinə qazandırdı. Həmin matçın təfərrüatları səhəri gün Braziliya mətbuatında “Yeni Pele yolda” başlıqları ilə yer almışdı.

Qısa müddətdə Ronaldinyonun nə qədər bacarıqlı oyunçu olduğu Avropadakı klublara çatdırıldı.

75 milyon avroluq təklifi rədd etdilər

İlk təklifin gəlməsi çox gecikmədi. İngiltərənin köklü klublarından "Lids Yunayted" "Gremio" komandasının qapısını döyən ilk elçi oldu. Ronaldinyo üçün (rəqəm bu gün hələ qəti olaraq təsdiqlənməsə də) "Lids"in təklif etdiyi rəqəm o dövrün mətbuatına görə 75 milyon avro idi. "Gremio" klubu bu rəqəmi rədd etdi.

Ancaq həm "Gremio", həm də braziliyalı futbolsevərlər Ronaldinyonun qısa müddət sonra yuvadan uçacağının fərqində idi. Qapını ikinci dəfə çalan Hollandiyanın futbolçu fabriki "PSV oldu. "Gremio" Hollandiya təmsilçisini də geri çevirə bilir.

Fransa nəhəngi ilə razılaşdılar

Ancaq yavaş-yavaş dəyərinin fərqinə varmağa başlayan və hər təklifdə bir az daha təcrübə qazanan böyük qardaşı və meneceri Assis qapıya üçüncü gələn PSJ ilə əl sıxır.

Ronaldinyonun 2001-ci il iyul 1-dən etibarən qarşılıqsız ayrılmağa haqqı olsa da, "Gremio" bu alış-verişdən bir miqdar qazanc tələb edir. Lakin bu tələb fransız klubu tərəfindən məntiqli qarşılanır. Fransızlar "yetişdirmə pulu" olaraq "Gremio"ya 4.5 milyon dollar ödəyir.

Parisdə futboldan çox gecə həyatına maraq göstərdi

Ronaldinyonu Avropaya gətirən PSJ-nin baş məşqçisi Luis Fernandes gənc sambacının rəftarı və performansı qarşısında çox da məmnun qalmır.

Fernandesə görə adaptasiya problemi yaşayan Ronaldinyo, Parisdə futboldan çox gecə həyatına maraq göstərdi və ondan gözləniləni verə bilmədi. 2001 - 2002-ci illərdə PSJ ilə 28 matça çıxan Ronaldinyo yalnız 9 qol ata bilib, 8 sarı kart görüb. Ronaldinyo üçün ikinci mövsüm bir az daha yaxşı olsa da, ondan gözlənilən bu deyildi. PSJ dəftəri 55 matç və 17 qol ilə bağlanmaq üzrə idi. Avropa kuboklarına qatıla bilməyən PSJ-də Ronaldinyonun da qalmaq niyyəti yox idi və bunu açıq şəkildə dilə gətirdi.

"Ölümcül üçlük"

2002-ci ildə Ronaldinyo Braziliyanın Dünya Kubokunu qaldırmasını təmin edən vacib adlardan olur. Nə Koreyada, nə də Yaponiyada “ölümcül üçlüy”ün - Ronaldo, Ronaldinyo və Roberto Karlosun qarşısını heç kim ala bilmədi.

Xüsusilə Ronninin yarımfinal matçında Şizuokada İngiltərənin qapısına 30 metrdən vurduğu qol turnirin ən gözəl anlarından idi.

Hərçənd Ronaldinyo o matçı tamamlaya bilmədi və Danni Millsə qarşı etdiyi qayda pozuntusunun ardından oyundan atıldı.

Qaldırdığı Dünya Kuboku, PSJ-də yaşanan xəyal qırıqlığı və Ronaldinyonun Avropa kuboklarında boy göstərmək istəməsi Avropanın elitalarını eyni ünvanda görüşdürdü. Yəni Ronaldinyonun böyük qardaşı Assisin ünvanında...

PSV ikinci dəfə Ronaldinyo üçün cəhdlər göstərdi. Araya "Mançester Yunayted" də girdi. Hətta Devid Bekhamın yerinə yeni ulduz axtaran "MY" transferi bitirmək üzrə olduğunu belə əcaib şəkildə eşitdirdi.

İngiltərə mətbuatı həftələrcə Ronaldinyonun Premyer Liqada nələr edə biləcəyini yazmışdı.

Katalonlarla anlaşdı

“Barselona” 27 milyon avro qarşılığında, Braziliyanın yaxın zamanda Dünya futboluna damğasını vurması gözlənilən ulduz sambacısı Ronaldinyonu rəsmi olaraq Katalon klubunun rənglərinə bağladığını 19 İyul 2003-də açıqlayır.

"Özümü evimə gəlmiş kimi hiss etdim"

2003 - 2004 mövsümündən etibarən Ronni Avropaya adaptasiya olduğunu dərhal göstərməyə başladı. Bunun səbəbi bəlkə də fransız dilinə alışa bilməməsi və ispancanı çox daha asan anlaması oldu. Başqa səbəb isə "Barselona"ya ilk gəldiyində də söylədiyi kimi: "özümü evimə gəlmiş kimi hiss etdim" deyərək evinə duyduğu həsrəti Barselona şəhərinin aradan qaldırması oldu.

İlk ilində "Barsa"nın La Liqanı ikinci sırada tamamlamasını təmin etdi. 32 matça ilk 11-də çıxdı, 15 qolu aktivinə yazdırdı. Samuel Eto, Deko, Ludovic Juli, və Henrik Larssonun da dəstəyilə Ronaldinyo 2004-2005-ci ildə "Barselona"ya 5 il aradan sonra 17-ci çempionluğunu qazandırdı.

"İlin Futbolçusu"

2004-cü ilin mart ayında Pele çox gecikmədi və Ronaldinyonu "Yaşayan Ən Yaxşı Futbolçular" siyahısına aldı.

2004-cü il dekabr 20-də "Arsenal"dan Terri Anri və "Milan"dan Andrey Şevçenkonu geridə qoyan Ronaldinyo FİFA tərəfindən "Dünyada İlin Futbolçusu" seçildi. Ronaldinyonu bu mükafata 157 milli komanda baş məşqçisi və 145 milli komanda kapitanı layiq görüb.

2005-ci il iyun 29-da milli komanda ilə qazandığı 2-ci Konfederasiya Kubokunda Ronaldinyonun payı çox böyük olub.

"Qızıl Top"a sahib olur

UEFA 2004 - 2005 Çempionlar liqasında sərgilədiyi performansın ardından onu Nəhənglər Liqasının ən yaxşı qol vuran futbolçusu seçdi. Dünyanın ən prestijli mükafatlarından birini daha muzeyinə aparan Ronaldinyo 2005-ci ildə "Ballon D'Or"a (Qızıl Top) layiq görülür.

Qazandığı finallardan sonra çalıb-oxuyur

Ronni qazandığı finalların ardından mütləq rəqs edirdi.Ronaldinyo Katalon nəhəngi "Barselona" ilə müqaviləni yenilədi. Bu müqavilənin dəyəri 150milyon avro idi.

Dünyanın ən çox qazanan futbolçularından biri

Ronaldinyo bəzilərinə görə, çox da yaraşıqlı sayılmaz. Ancaq dünyanın ən çox istifadə edilən saytlarından "AskMen.com"a görə təxminən 18,7 milyon gənc qızın otağında Ronaldinyonun böyük ölçülü şəkili var.

Həmçinin "Nike" və "Pepsi" ilə etdiyi reklam razılaşmaları sayəsində 2003-dən bəri dünyanın ən çox qazanan futbolçuları arasındadır. Hətta "Forbes"in təyin etdiyi "ən çox qazanan idmançılar" sıyahısında adı ön sıralarda çəkilir.

Mükafat mərasimlərinin birində Ronaldinyodan soruşurlar:

- Ey Ronni, sevgilin yoxdurmu ?

Cavab bu şən sambacının xülasəsi idi sanki. Əlindəki topu göstərən Ronaldinyo belə deyir:

- Buradadı, görmürsünüzmü?!

"Öləndə stadiona yaxın yerə basdırın"

Ronaldinyo karyerası ilə bağlı mətbuata danışarkən futbolu özünün həyatı adlandırıb. Bu idman növünün onun yaşam tərzində böyük rolu olduğunu qeyd edib:

"Futboldan uzaqlaşdığım gün, mənim üçün həyat bitmiş deməkdir. Öləndə məni stadiona yaxın yerdə basdırın. Çünki mən futbol üçün yaşadım və futbol üçün də öləcəyəm".

Beləliklə, hər ölkədə tanınan Ronaldinyo bu sözləri ilə azakeşlərinə futboldan getmək barədə düşünmədiyini bir daha sübut edib.

Anasınını müalicə etdirmək üçün Braziliyaya qayıdır

Xərçəngdən müalicə olunan anasının yanında olmaq üçün Braziliyaya transfer olunub. Belə ki, braziliyalı ulduz, həm "Atletiko Mineiro"da oynadığı üçün, həm də 2012-ci ildən bu yana xərçəngdən müalicə alan anasının yanında olduğu üçün çox xoşbəxt olduğunu söyləyib. "Esporte Espetacular"a reportaj verən ulduz oyunçu hələ kimyaterapiya görən anasının xəstəliyinin ilk zamanlarını izah edərkən göz yaşlarına hakim ola bilməyib.Amma xəstəlikdən heç bir iz qalmamasından xoşbəxt olduğunu söyləyib. Anası Dona Miguelinanın xərçəng diaqnozu qoyularkən Ronaldinyo bunu açıqlamayıb. Anasının xəstəliyi məğlub etməsindən sevinclə danışan Ronaldinyo, onun yanında ola bilmək üçün karyerasını "Atletiko Minerio"da davam etdirməyi qəbul edib. Ronaldinyo 2012-ci ilin oktyabrında "Miniero"nun 2-0 qazandığı "Figueirense" ilə matçında atdığı super qolun ardından gözyaşlarını tuta bilməmiş, qolu anasına hədiyyə etdiyini söyləmişdi.

Ulduzun sevgilisinin Braziliya məhəbbəti

Məşhur model, balerin şəxslərlə sevgili olan Ronaldinyonun hazırki sevgilisi Dani Bananinhandır. 2010-cu ildə Karlos Dunqanın son anda imtina etdiyi braziliyalı ulduz Ronaldinyo dünya çempionatına gedə bilmədi. Amma bu amil onun sevgilisi Dani Bananinhanın Braziliya millisinə olan sevgisini azatlmayıb.

Futbolçunun maneken sevgilisi yığma komandanı hətta paltarlarını soyunacaq qədər çox sevir. O, bu günlərdə Ronaldinyonun forması ilə ilk dəfə soyunaraq, çılpaq pozalar verib.

Yardımsevər Ronaldinyo

Ronaldinyonun yardımsevərliyi danılmazdır. Transfer və reklamlardan qazandığı pulun bir qismi ilə fələstinli ailələrə kömək edir. Kriştiano Ronaldo kimi o da daimi olaraq ehtiyacı olanlara yardım olsun deyə, qan banklarına qan bağışlayır. Həmçinin qazancın digər qismi ilə də ölkəsində aclıqdan əziyyət çəkən ailələrə və uşaq futboluna yardım edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm