• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Homoseksual sevgilisini Obama ilə tanış edən milyarder - FOTOLAR

  • Digər
  • 11 Aprel 2014 17:59
  • 3 468 Baxış
Homoseksual sevgilisini Obama ilə tanış edən milyarder - FOTOLAR

Onun adı milyarder homoseksualların siyahısında birinci sırada yer alır. Bir zamanlar Fələstindən Amerikaya köç edən yəhudi əsilli ailəsi elə də zəngin olmayıb. Atası korset alveri ilə məşğul imiş, anası isə mağaza sahibi. Uşaqlıqdan Hollivud maqnatı olmağı xəyal edib. Saxta sənəd düzəltməklə başladığı karyerasında məqsədinə nail olmağı bacarıb.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində 6,1 milyarda sahib amerikalı prodüsser David Qeffenin həyat hekayəsini təqdim edir:

Fələstində tanış olan yəhudi cütlük

David Qeffen 1943-cü ilə Bruklində (Nyu York) anadan olub. Atası Ebrahama Qeffen, anası Bati Volovskoy yəhudi mühacirlər idi. Fələstində tanış olan cütlük sonradan ABŞ-a üz tuturlar. Atası Bruklində korset istehsalı biznesi ilə məşğul olur, anası isə “Chic Corsets By Geffen” geyim mağazasının sahibi idi. David ilk təhsilini Bruklində, “New Utrecht High School”-da alıb. Orta məktəbi bitirdikdən sonra təhsilini Kaliforniyada “Santa Monica College”-ində davam etdirir. Lakin bir müddət sonra təhsilini yarımçıq qoyur. “Brooklyn College”-in gecə bölməsində 3 semestr, eləcə də “University of Texas at Austin”-də oxuyur. Buna baxmayaraq, onların heç birindən məzun olmur.

Hollivud maqnatı olmaq xəyalı

Bruklində böyüsə də David Hollivud maqnatı olmağı xəyal edirdi. O, Hollivud qeybətlərini daim izləyir, boş vaxtlarında yerli kinoteatrlara gedirdi. David çox şeyə nail olmaq istəsə də heç vaxt yaxşı tələbə olmayıb. İşlədiyi yerlərdən isə qovulub. Buna səbəb həddən artıq aqressiv olması göstərilib. Nəhayət D.Qeffen tilsimi “The Danny Kaye Show”-da təhsil aldığına dair saxta sənəd tərtib edərək “William Morris Agency”-ə agent vəzifəsinə işə düzəlməklə sındırıb. Burada onun hiper-aqressivliyini normal qəbul ediblər.

Karyerada yüksəliş

Gənc agentin karyerasında sıçrayış bəstəkar Laura Nyro ilə tanışlıqdan sonra baş verib. David bəstəkarın tanınması üçün vaxt, enerji sərf edib. Əvəzində Nyqonun bəstələri Frenk Sinatra kimi ifaçıların repertuarında yer alıb. Bəxt onların hər ikisinin üzünə birdən gülüb. David Kolumbiyadan Klaybo Davislə danışıqlarının nəticəsi olaraq bir dəfəyə 3 milyon dollar qazanmağı belə bacarır. 27 yaşında milyonerə çevrilir. Agentliyi tərk etdikdən sonra Laura Nyronun “Stills and Nash” rok qrupunun şəxsi meneceri işləyib.

Öz şirkətini qurur

1970-ci ilin əvvəlində Qeffen öz şəxsi şirkətini – “Asylum Records”u açıb. Onun müştəriləri arasında “The Eagles”, Joni Mitçell, Bob Dilan, Tom Uets, Linda Ronstadt və digər məşhurlar daxil idi. Çox keçmədən Records' “Geffen Records” adlı yeni etiketinin yaranmasına səbəb olub. Belə ki, David “Varner Brosla” (Amerikanın məşhur serial və film istehsalı konserni) müqavilə imzalayır. “Varner Bros”, “Geffen Records” etiketinin yaranmasının bütün maliyyə işlərini üzərinə götürür. Şirkətə daxil olan ümumi gəlirin 50 faizi isə Davidə qalır. Etiketə böyük uğuru Donnoy Sammerlə müqavilə gətirir. “The Wanderer” adlı albom 1980-ci illərdə az qala bazarı dağıdır. Artıq şirkət Cohn Lennon, Elton Con, Şer, Nil Yanq, Peter Qabriel kimi məşhurlarla işləməyə başlayır.

DGC Records

Qeffen çox keçmədən törəmə şirkəti “DGC Records”u yaradır. Hansı ki əvvəlcə mütərəqqi musiqi üzrə, daha sonra isə rok-musiqi üzrə ixtisaslaşır,

Niyyətin hara mənzilin ora

1990-cı ildə D.Qeffen “Geffen Records”u “Music Corporation of America”ya ( sonradan “Universal Music Group”a çevrilir ) satır. Bu satışdan o, 1 milyard dollar əldə edir. Bundan sonra Cefri Kasenberq və Stiv Spilberqlə işbirliyinə gedir. 1995-ci ildə üçlük Dreamworks SKG multiimperiyasını yaradır. İmperiyanın fəaliyyət dairəsinə kitab, musiqi, televiziya, kinomotoqrafiya daxil olur. Beləcə Geffen bir neçə filmin, serialın (“Vampirlə müsahibə”, “Beetlejuice”, “Little Shop of Horrors”, “Personal Best” və digərləri) prodüsseri olur. Bu arada milyarderin birinci filmi 1983-cü ildə 21 yaşlı, hələ heç kimin tanımadığı Tom Kruzun çəkildiyi “Təhlükəli Biznes” filmi olub.

Milyarderin adı “Forbes”in siyahısında

Hazırda Qeffen DreamWorks Animation şirkətinin səhmlərinin cüzi hissəsinə sahibdir. Onu da bildirək ki, milyarderin sərvəti “Forbes”in dilinə 2004-cü ildən düşüb. Jurnal ilk dəfə həmin ildə onun adını dünyanın 400 varlı insanın siyahısına daxil edib. 2012-ci ildə Davidin sərvətinin həcmi 5,5 milyard dollar, 2013-cü ildə 6,1 milyard dollar səviyyəsində qiymətləndirib. Qeyd edək ki, D.Geffer Dreamworks SKG yaradıldığı ilk həftədə 2 milyard dollar gəlir əldə edib.

Tom Kruz homoseksualın uzun müddət sevgilisi olub

Nəzərə çatdıraq ki, David Qeffen açıq homoseksualdır. Yeri gəlmişkən, 2007-ci ildə onun adı “Out” jurnalının hazırladığı “Amerikanın məşhur homoseksualları və lezbiyanları” siyahısına rəhbərlik edirdi. Hollivud dedi-qodularına görə, Tom Kruz uzun illər Gefferin sevgilisi olub. Bunun nəticəsində aktyor D.Gefferin müəllif olduğu bütün filmlərdə baş rolda çəkilib. Lakin 1995-ci ildə “Sürət” filminin qəhrəmanı Kianu Rivze T.Kruzun yerini almağı bacarıb. Hətta “People” jurnalı o dövrdə Gefferin Kianu ilə evlənəcəyini yazırdı. Düzdür, onlar bunu qəti şəkildə təkzib edirdilər. Lakin od olmayan yerdən tüstü çıxmaz deyiblər. Hazırda Geffer açıq şəkildə Koliforniya Universitetinin 26 yaşlı məzunu ilə eşq yaşayır. Hətta maqnat sevgilisini prezident Obama ilə rəsmi görüşə də aparıb. Bu arada onu da bildirək ki, David prezident seçkilərində açıq şəkildə Barak Obamanı dəstəkləyib.

AŞB-ın ən bahalı mənzilində yaşayır

Milyarder bir müddət əvvəl məşhur müğənni Deniz Riçdən Manxettendə mənzil alıb. Riç mənzili 65 milyon dollara satsa da Qeffen əmlakı 17 faiz endirimlə - 54 milyon dollara əldə etməyi bacarıb. Bununla da o Penthausda, ümumiyyətlə, Nyu-Yorkda, bəlkə də ABŞ-da ən bahalı mənzilə sahib olub.

Məlumat üçün bildirək ki, Qeffenin mənzilinin ümumi ərazisi 1,114 kv. metrdir. Parc Cinq-in iki mərtəbəsini əhatə edən mənzilin pəncərələri Mərkəzi Parka doğru açılır. Mənzildə 7 yataq otağı, 11 hamam, 3 mətbəx və kitabxana var. Əsas yataq otağında kinoproektor, “kamin”, iki hamam yerləşir.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR