Güvenc Kurtar yerə-göyə sığmadı: “Bu cür problemləri çoxdan yaşamışam”-MÜSAHİBƏ
Bizi izləyin

Digər

Güvenc Kurtar yerə-göyə sığmadı: “Bu cür problemləri çoxdan yaşamışam”-MÜSAHİBƏ

Güvenc Kurtar yerə-göyə sığmadı: “Bu cür problemləri çoxdan yaşamışam”-MÜSAHİBƏ

Güvenc Kurtarın “Rəvan”la anlaşması futbol ictimaiyyəti arasında təəccübə səbəb oldu.

İmkanları iddiasına uyğun gəlməyən “Rəvan” ancaq məşqçiləri qovmaqla yadda qalır. Türkiyəli mütəxəssisin də bunları nəzərə almayaraq, klub rəhbərliyinin təklifini qəbul etməsi Güvənc Kurtarın personasına marağı artırır. O, Azərbaycana gələn kimi iddialı açıqlamlarla yadda qaldı.

Elə Publika.Az-a verdiyi müsahibədə də… Onun dili ilə yanaşı dilçəyinin də olub-olmadığını çempionatın 2-ci dövrəsində biləcəyik. Hələlik, Güvenc Kurtarın dilindən çıxanları oxuyaq.

- Güvenc bəy, “Rəvan”dan gələn təklifi qəbul edərkən, dərhal razılaşdız, yoxsa incələdiz?

- Təbii ki, bir neçə gün danışıqlar getdi. Həmin an şərtlərlə razılaşmadıq. Mənim Azərbaycan komandaları haqqında məlumatım var idi. Çünki Türkiyədə də Azərbaycan komandalarını izləyirdim. Buna görə çox da çətinlik çəkmədim.

- “Rəvan”ı Azərbaycanda qeyri-peşəkar komanda kimi xarakterizə edirlər, 3 ayda 4 məşqçi dəyişən bir klubu necə incələdiz ki, sonda təklifi dəyərləndirməli oldunuz?

- Belə deyək, 9 xalı olan, qapısında 32 qol görmüş, cəmi 9 qol ata bilmiş bir komandanın mövsüm ərzində təbii ki, 3 yox, 5 məşqçi də dəyişməsi normaldır. Mənim fikirimcə bu,yalnış deyil. Burada rəhbərliklə harmoniya şəkilində çalışılmalıdır. Yəni transferləri bərabər seçmək, heyəti düzgün qurmaq lazımdır. Bu zaman hər şey yaxşı olacaq.

- Siz Cavad Güleri tanıyırsız?

- Təbii ki, Cavad Güleri tanıyıram.

– Bilirsiz ki, o “Rəvan”ın baş məşqçisi olub? “Rəvan”dan təklif alarkən onunla əlaqə saxladınızmı?

- Tanıyıram, amma heç danışmamışam, danışmağa da gərək olmadığını düşünürəm. Çünki mən peşəkaram heyətdə bir-iki çatışmazlığı gördükdən sonra hər şeyi anlayıram. Buradakı əskiklikləri də gördüm. Rəhbərliklə də əl-ələ verib bu əskiklikləri də aradan qaldırdığımız zaman “Rəvan”ı daha yaxşı, güclü komanda halına gətirəcəyik.

- Güvenc bəy, əlaqə saxlasaydınız o, “Rəvan”da necə ələ salındığı haqda sizə məlumat verərdi.

- Onun komandadan necə getdiyini bilmirəm. O haqda soruşmamışam. Ancaq belə bir şey də var ki, uğurlu olan məşqçini heç kim göndərməz. Uğur vəhdət təşkil edir. Rəhbərliyi, məşqçisi, azarkeşi və mediası ilə uyğunluq təşkil edir. İnşallah biz də bu vəhdəti qurmağı düşünürük. Bu baxımdan özümə çox güvənirəm.

Amma onu da vurğulayım ki, Cavad Güler Türkiyədə təkbaşına bir komanda çalışdırmadı. Düzdür, çox bilgili, çox yaxşı bir məşqçidir, amma təkbaşına komanda təcrübəsi yox idi.

- Artıq şərait və komanda ilə tanışsız. Hələ də “Rəvan”a gəlməklə səhv etmədiyinizə əminsiz?

- Əlbəttə, əminəm. Öncə də dediyim kimi, burada bəzi əskikliklər var. Rəhbərliklə də danışdım. Bu əskiklikləri aradan qaldıracağıq, onlar da məni dəstəklədilər. Fikirlərimə müsbət baxdılar. Çünki “Rəvan”ı güclü komanda halına gətirmək üçün çox yaxşı fikirlərimiz var. Rəhbərlik də məni sonuna qədər dəstəklədiyini deyib.

- Sizdən öncəki məşqçi Şahin Diniyevdən sonra Azərbaycanda belə bir fikir formalaşdı ki, bundan sonra heç bir peşəkar məşqçi “Rəvan”ın təklifini qəbul etməz. Azərbaycan mediası sizi qeyri-peşəkarlıqda ittiham etməkdə haqlıdır?

- Mən digər məşqçilərdən çox fərqliyəm. Bunu da hər kəs görəcək. Şahin müəllimə bundan sonra uğurlar arzulayıram. Amma mən buradakı əskiklikləri aradan qaldırmaq üçün çalışıram. Məsələn futbolçularda taktiki baxımdan çox problemlər var. Taktiki baxımdan komandada inanılmaz fəsadlar var. Fiziki baxımından hələ ki, futbolçuların potensialını görə bilməmişəm. Çünki futbolçulara çox izin verilib. 20 günlük fasilə futbolçu üçün inanılmaz əskiklikdir. Çünki qalan 15-20 gündə komanda hazırlamalıyıq.

- Bazası, stadionu, pulu olmayan bir komandanın təklifini nəyin xatirinə qəbul etdiniz, “mən də baş məşqçiyəm” deyə bilmək üçün?

- Təbii ki, bu sadaladıqlarınız da böyük problemdir. Amma bu problemlərlə bağlı da çalışmalar aparılır. Bəlkə mən də bir az dəstək olaram və bir an öncə bu baza problemini həll edərik. Mən Türkiyədə “Kocaelispor”u çempionluğa oynatdığım vaxt da belə bir problemlə üz-üzə idik.

Soyunub-geyinmə otaqları daha pis vəziyyətdə idi. Amma Türkiyə Superliqasında çempionluğa oynadıq. Hətta 3-cü liqadan çıxan bir komanda olaraq ilk yarını lider olaraq bitirdik. Yəni mövsümün ilk yarısını “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” bizdən aşağıda başa vurdu. Həmin il UEFA kupokunda iştirak etmək hüququ əldə etdik.

Mən bu cür problemləri çoxdan yaşamışam. Biz bütün bunları yaxşılaşdırmaq üçün çalışacağıq.

- Media əmindir ki, siz mövsümün sonuna qədər “Rəvan”da qala bilməyəcəksiniz. Bu əminlik sizə görə yox, “Rəvan”ı yaxşı tanıdıqlarından qaynaqlanır. Bizi təəccübləndirəcəyinizə əminsiz?

- Media bunu öncəki şərtlərə görə düşünə bilər. Amma mən daha fərqli məşqçiyəm, daha çox təcrübəyə malikəm, özümə də güvənirəm. Lazımı işi görəcəyəm, burada da hər kəs onu gözləyir. İnşallah, hamı görəcək.

- Transferlər gözlənilirmi? Transfer edəcəyiniz futbolçuları haradan seçməyi düşünürsünüz?

- Əlbəttə transferlərimiz olacaq. Transferləri başdansovdu etməyi düşünmürəm. Bizə disklər gəlir. Onlara baxırıq. Əlimizdən gələn qədər yaxşı olanları seçməyə çalışırıq.

- Şahin Diniyev “Rəvan” rəhbərliyindən 2 futbolçu istəmişdi. O futbolçuların almasına icazə vermədilər deyə klubu tərk etdi. Futbolçunun transfer haqqı 30 min də deyildi…

- Bəllidir ki, komandanın konkret büdcəsi var. Biz də buna görə, transferlər edəcəyik.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm