İndoneziya rəsmilərinə tələbəmizdən cavab
Bizi izləyin

Digər

İndoneziya rəsmilərinə tələbəmizdən cavab

Azərbaycanlı tələbə İndoneziya rəsmilərinə Qarabağ haqqında məlumat verib

Azərbaycanlı tələbə İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının Sədri və Turizm Naziri ilə görüşüb.

İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie və İndoneziya Respublikası Turizm Nazirinin 15-16 may “Mədəniyyət və Turizm Festivalı” çərçivəsində Qərbi Yava əyalətinin paytaxtı Bandunq şəhərinə səfəri baş tutub.

Tədbirin açılış mərasiminə İndoneziyada təhsil alan Azərbaycanlı tələbə, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov da İndoneziya Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupu tərəfindən dəvət olunmuşdu.

Tədbirin əsas məqsədi İndoneziya mədəniyyətini və turizm potensialını yerli və xarici vətəndaşlara nümayiş etdirmək idi. Mədəniyyət və Turizm Festivalı zamanı minlərlə yerli sakin, xarici qonaqlar, o cümlədən İndoneziya Respublikası Parlamentinin deputatları və Turizm Nazirliyinin nümayəndələri və digər dövlət strukturlarından nümayəndələr iştirak ediblər.

Eyni zamanda, Elmar İskəndərov da İndoneziya Respublikası Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie ilə görüşü zamanı tədbirdə iştirak etdiyi üçün çox şad olduğunu bildirmiş, Azərbaycan və İndoneziya arasında dost və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İndoneziya Parlamentinin Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün təşəkkürünü bildirib.

Öz regionlarının lider ölkələri olan Azərbaycanla İndoneziya arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Qeyd edək ki, İndoneziya Cənub-Şərqi Asiya regionun ən böyük ərazisinə və iqtisadiyyatına malik ölkəsidir. Nəhəng İyirmilik ölkələri qrupuna daxildir. Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsidir.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm