Laləyə kömək edək
Bizi izləyin

Digər

Laləyə kömək edək

Bu gün bir qrup gənc 2011-ci ildən kəskin leykoz xəstəliyindən əziyyət çəkən Lalə Abdulla qızının durumunu ictimaiyyətin diqqətinə çatdırmaq üçün mətbuat konfransı keçirib.

Publika.azn xəbərinə görə, Laləyə ilkin olaraq müalicə kursları effekt versə də, 2014-cü ilin fevralında xəstəlik yenidən şiddətlənməyə başlayıb.

İndiyə qədər iki dəfə kimya-terapiya kursu alan Lalə cari ilin may ayının 27-də üçüncü dəfə terapiya almalıdır.

Lalənin bu xəstəlikdən qurtulması üçün ilik nəqli əməliyyatına ehtiyac duyulur. Qeyd edək ki,əməliyyatın baş tutması üçün 100.000 AZN, əməliyyatdan sonrakı bərpa prosesinin uğurla başa çatdırılması üçün 100.000 AZN (toplamda 200.000 AZN) vəsait tələb olunur.

Lalə Abdulla hazırda Gəncədə yaşayır. Məlumat verək ki, sabah Lalə üçün əyləncə mərkəzlərinin birində xeyriyyə aksiyası da keçiriləcək.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm