Mükəmməl bədən ölçüləri ilə kişiləri özünə cəzb edən model - FOTOLAR
Bizi izləyin

Digər

Mükəmməl bədən ölçüləri ilə kişiləri özünə cəzb edən model - FOTOLAR

Publika.az-ın “9 don” layihəsi çəçivəsində bu həftə dünyanın ən mükəmməl bədən ölçülərinə sahib olan, gözəlliyi dillərdə gəzən cazibədar model Dautzen Krez haqqında bəhs edəcəyəm.

Boy-buxunu dillərdə gəzən modelin boyu 178 sm, çəkisi 56 kq, bədən ölçüləri isə 89-62-93-dür. “L'Oreal”in ilham pərisi sayılan model bu bədən ölçüləri ilə dünyanın ən ideal bədəninə sahibdir. Mükəmməl bədən quruluşunu necə qoruduğunu və başqa gözəllik sirrlərinin nədən ibarət olduğunu bir-bir açıb-tökəcəyəm. Dautzen modellik karyerasına 18 yaşında başlayıb. Hollandiyalı supermodel zərif dodaq quruluşu və möhtəşəm bədəni ilə təkcə kişiləri deyil, həm də dizaynerləri özünə heyran qoya bilib. O, moda ustalarının ilham aldığı nadir və sevimli modellərdən biridir.

Dautzen Krez 23 oktyabr 1985-ci ildə Hollandiyada kiçik şəhərcikdə anadan olub. Qız uşaqlıqdan buzüstü konki ilə məşğul olmaq arzusunda idi. Bəxtini sınamaq və bir qədər pul qazanmaq həvəsinə düşənə qədər modellik karyerası onun planlarına daxil deyildi. Məktəbi bitirəndən sonra keyfiyyətsiz fotolarını Amsterdamda bir neçə modellik agentliyinə göndərir. Dautzen Krezin hətta ən bərbad şəkillərinə model agentlikləri laqeyd qala bilmir. “Paparazzi” model agentliyinin ekspertləri qızın gözəlliyini və potensialını aşkara çıxarmaq ümidi ilə onu işləməyə dəvət edirlər. İlk müqaviləsini imzaladıqdan sonra qızcığaz dəb dünyasına daxil olur, qısa zaman ərzində “Vogue”, “Time, Harper’s Bazaar”, “Marie Claire”, “Elle”, “Glamour”, W and Numéro” və başqa bu kimi məşhur jurnalların səhifələrini bəzəyir. Baxmayaraq ki, karyerasının ilk illərində artıq çəkili olduğu düşünüldüyü üçün “Gucci”-nin dəfilələrinə qəbul edilmir.Hazırda isə o ideal gözəllik etalonu hesab olunur.
2005-ci ildə “Vogue.com” saytı Dautezeni ilin modeli seçir. Bundan sonra model məşhurluğunun zirvəsini yaşayır, dünyanın ən bahalı brendləri onu öz reklamında çəkilməyə dəvət edir. 2006-cı ildə dünynın ən yaxşı kosmetika firması sayılan “L’Oreal Paris”in reklamında çəkilir.

Dəb dünyasında daha çox uğur əldə etmək üçün çoxları modelə arıqlamağı tövsiyə edirdi. Qız isə arıqlamağı deyil, təbiətin ona bəxş elədiyi qeyri-adi bədən ölçülərini saxlamağı seçir: “Modellik karyerasına başlayanda 18 yaşım var idi. O vaxtlar da eyni ilə 12-13 yaşında olduğum çəkidə idim, amma mənə yenə də arıqlamalı olduğumu söyləyirdilər”.

2010-cu ildə “Forbes” jurnalı tərəfindən hazırlanan araşdırmada dünyanın 15 ən varlı modelləri arasına daxil olur. Model 2010-cu ildə 14-cü pillədən 5-ci pilləyə qalxır.

2004-cü ildən “Victoria Secret”lə işləməyə başlayan model markanın kataloq çəkilişlərində və dəfilələrində çıxış edir. 2008-ci ildən etibarən “qanad qazanmaq”, yəni dəfiləinin əsas mələklərindən biri olmaq fürsəti qazanır. “Victoria Secret”in mələyi olmaq gözəlliklə yanaşı, həm də zəhmət tələb edir. Model dünyanın ən mükəmməl bədən ölçülərini qorumaq üçün həftədə 3 gün idmanla məşğul olur, sağlam həyat tərzi sürür.

“Vücudum enerji ilə doludur. Enerjimi xərcləməyə həqiqətən də ehtiyac duyuram. İplə tullanıram, boksla məşğul oluram, amma boksla məşğul olanda qum torbasından istifadə etmirəm. Qum torbası həddindən artıq əzələ yaradır, iri əzələləri xoşlamıram, bu kişilərə daha çox yaraşır. Həm də mən anayam, övlad tərbiyə etmək öz-özlüyündə idman deməkdir”.

Dəfilənin yaxınlaşdığı ərəfədə isə həftənin bütün günləri idman edir. Sağlamlığına diqqət edən model tərəvəz yeməkləri ilə qidalanır. Çəkilişlərin və dəfilələrin yaxınlaşdığı günlərdə su ehtiyacını maksimuma qaldırır. “Victoria Secret”in mələyi olmaqdan əlavə, “Gucci” “Versace”, “Dolce&Gabbana”, “Valentino” kimi bahalı brendlərin dəfilələrinə dəvət alır. Həmçinin “Calvin Klein”, “Escada”, “GAP”, “Gianfranco Ferré”, “Guerlain”, “H&M”, “HUGO by Hugo Boss”, “Mexx”, “Schwarzkopf”, “Tommy Hilfiger denim”, “Neiman Marcus” və.s brendlərin dəfələrlə reklamlarında çəkilib.

İdeal bədən, ideal həyat yoldaş...

Dərdindən divanə olan kişilərin siyahısının uzun olmağına baxmayraq, modelin çoxsaylı eşq məcaraları yaşadığını söyləyə bilmərəm. Şəxsi həyatını araşdıranda dünya məşhurları arasında nadir hallarda rast gəlinən nümunəvi ailə həyatı ilə qarşılaşdım. Dautzen 2009-cu ilin avqustundan etibarən hollandiyalı Dj-lə görüşməyə başlayır. 2010-ci ildə mətbuata ana olmağa hazırlaşdığını elan edir. 2010-cu ildə model Amsterdamda hollandiyalı sevgilisi Sanneri Ceymslə həyatlarını birləşdirib dünya evinə girir. Xoşbəxt cütlük 3 ildən artıqdır ki, evlidir. 2011-ci ildə Doutzen Kroes Amsterdam xəstəxanalarının birində oğlunu dünyaya gətirir, adını isə Fillion qoyur. Ana olduqdan sonra çox az fasilə verərək modellik karyerasına geri qayıdır. Cazibədar model hazırda yenə hamilədir. Bununla belə moda jurnallarına poz verməkdən qalmır.


Seksual və sağlam gözəlliyə sahib olmağın özü üçün çox vacib olduğunu hər fürsətdə dilə gətirən model, saçlarını hind qozu (kakos) yağı ilə qoruyur. Yatmazdan əvvəl hind qozu yağını saçlarının uclarına çəkir, səhər yuxudan qalxanda isə ilk işi onu yumaq olur.

Sevimli kosmetika brendinə gəldikdə “L’Oreal Paris”-dən başqası ola bilməz. Gündəlik həyatda makiyajdan istifadə etmsə də, kirpiklərini burmadan evdən çıxmır. Dodaqlarını çəhrayı pomada ilə vurğulamağı xoşlayır. əsas diqqəti dırnaqlara yönəldir. Krez dırnaq boyalarında maraqlı rəng çalarları sınaqdan keçirməyi sevir.

L'Oreal'in ilham pərisi...

“Şən və pozitiv olmaq mənim təbiətimdədir. Bəziləri məndən gözəl olsa da, ən çox həyat sevgisinə, sevincinə sahib olan mənəm. Bu həyatda əlimizə çox çətin keçən şansdır. Çox az makiyaj edirəm, sadəcə tuşla da kifayətlənə bilərəm. Gözəl görünmək üçün 2 saat vaxtım olsa, yatmağı üstün tutaram, çünki yuxu da qadını gözəlləşdirir. Eynəyimi taxmadan evdən çıxmıram. Yapon makiyaj mütəxəssislərinin dəfilələrdə makiyajdan əvvəl üzü masaj etməsinə heyranam. İşə şişkinliyi azaldan yumşaq hərəkətlərə başlayırlar. Səhərlər üzümü masaj etmək artıq vərdiş halını alıb.

L'Oreal saç məhsullarını satışa çıxarmazdan əvvəl mütləq istifadə etməyimi istəyir. L'Oreal Parisin saç baxım kremi qurumuş saçlara canlılıq qazandıran ideal məhsuldur, saçlarımı çox gözəl qidalandırır. “Calvin Klein”ın Eternity parfümü vaz keçə bilmədiyim kosmetik məhsullar arasındadır. Yaradıcı insanlarla işləmək mənim üçün böyük bir zövqdür. Onların xəyal gücündən mən də ilham alıram”.


“18 yaşımda özüməməxsus stilim var idi. İnsan öz stilini tapdıqdan sonra onunla birlikdə böyüyür, inkişaf edir və bütünləşir. Mənim üçün stilimi tapmaq çox asan oldu. Üzərimdə hər zaman yaxşı cins şalvar və keyfiyyətli çanta olur. Əlavə etdiyim akssesuarlar isə zövq məsələsidir”.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm